adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

“Bəşir bəy Aşurbəyov və zəmanəsi” - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
808 | 2023-02-21 10:09

Azərbaycanın ictimai siyasi həyatında, bütövlükdə isə tarixində elə şəxslər, elə simalar var ki, onlar günəş zərrəsi kimidir. Mütləq özünü biruzə verir. Nə qədər unutdurmağa çalışsalar da bu zərrələr günlərin birində diqqəti çəkir. Ona görə də ən böyük hakimin elə tarixin özü olduğunu unutmaq lazım deyil.Unudanlar özləri unudulduqları kimi verdikləri, gösətrdikləri “dəyə və xidmət”də unudulur və zibil qutusuna atılır. Bax, bu mənada bizim tariximizin gün işığına çıxarılan məqamları həmişə xoş təəssurat yaratmaqla yanaşı, həm heç kimin unudulmadığına inamı da artır.

Öncədən dediyim kimi qopan günəş zərrəsi sonda bir ulduz kimi səmamızda yerini tutur. Və biz o ulduzu ürək dolusu sevgi ilə seyr edir, öyrənir və öyrədirik.

Xeyli vaxtdır ki, dəyərli həmkarım Azərbaycanın sayılıb- seçilən qələm sahiblərindən biri olan İradə xanım Əliyevanın mənə bağışladığı “Bəşir bəy Aşurbəyov və zəmanəsi” tarixi oçerk kitabı yazı masamın üzərindədir. Tez- tez bu kitabı gözdən keçirib, böyük bir nəslin, eləcə də ictimai fikrin təmsilçisi olan Bəşir bəy Aşurbəyov haqda bilgilər əldə edirəm. Kitabda diqqətimi ən çox çəkən bir Azərbaycan insanının , elmi dildə ifadə etsəm, milli burjuaziyamızın təmsilçilərindən olan xeyriyyəçi, maarif və mədniyyət hamisi Bəşir bəy Aşurbəyovun kimliyini bütün detalları ilə öyrənmək imkanı qazanıram. Müəllifin özünün də qeyd etdiyi kimi “Bəşir bəy təkcə mal- pul sahibi deyil, həm də böyük və geniş diopozonlu fikir və iradə sahivi olubdur. O, dünyaya gəlib, böyüdüyü mühütin qaranlığından böyük dünyaya, işıqlı amallara doğru cəsarətlə və inamla addım atıb. Ona görə də Bəşir bəyin çevrəsi həm Azərbaycanın, həm də dövrünün yaxın, uzaq məmələkətlərinin aydınları ilə daha da əhatəli olub.Biraz da fikrimi açıq ifadə etsəm, N.Nərimanov, Y.V.Çəmənzəminli, Ə.Ağaoğlu, Ə.Topçubaşov və A. Nağıyev kimi böyük nüfuz və söz sahibləri ilə münasibətlərini bu kitabdan öyrənəndə bir daha əmin oldum ki, biz hələ uzaq- yaxın tariximizin çox səhifələrindən xəbərsizik. Elə bu kitabınyəni tarixi-oçerkin müəllifi hörmətli həmkarım İradə xanım da məhz, “Bəşir bəy Aşurbəyovun həyat səlnaməsini bizə təqdim edəndə onun şəxsiyyətini və məramını da açıb- göstərə bilib.

Bir oxucu kimi mən bu kitabdan Azərbaycan ailəsinin və bir də Aşurbəyovların bütün özəlliklərini izləmək imkanı qazandım. Xüsusilə bu ailənin dayaqlarından olan Bəşir bəyin qayınatası, zəmanəsinin sayılıb- seçilən şəxslərindən olan Allahyar bəy Zülfiqarovun Bəşir bəyin formalaşmasında oynadığı rolu da öyrənmək imkanı qazandım.

Bunu ona görə xüsusi vurğulayıram ki, ailə dəyərlərində Allahyar bəyin yeri onun övladına verdiyi tərbiyənin fonunda daha mükəmməl görünür. Yəni, Bəşir bəyin həyat yoldaşı Nəzakət xanım oxucuya təqdim olunan obrazı ilə bir daha üst-üstə düşür. Məlum olur ki, bu ailə bütün milli dəyərlərlə yanaşı, həm də öz dövrünün insanlarından aydın fikirliliklərinə görə, xeyli öndə olublaar.

Bütövlükdə isə İradə Əliyevanın Tarixi oçerk kitabı , mənə görə tariximizə də , aydınlarımza da, ziyalılarımıza da bu və ya digər sahələrdə öncül olan insanlarımıza dasevgi və sayğının daha bir nümunəsidir.

Axı yazılanlar oxunur, oxunanlar isə öyrətmək və yaşatmaq üçün stimul olur. Bu mənada maraqlanan hər kəsə “Bəşir bəy Aşurbəyov və zəmanəsi” tarixi oçerk kitabnı tövsiyyə edərdim.

TƏQVİM / ARXİV