adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Bələdiyyə sədri - Yılmaz Özdil yazır...

YILMAZ ÖZDİL
72448 | 2018-10-28 12:08

Paris bələdiyyə sədri Anne Hidalqo, Parisin ilkqadın bələdiyyə sədri... Əslən fransız deyil, ispandır, 14 yaşından Fransa vətəndaşlığınıdaşıyır.

Avtomobil əleyhinəsiyasət yürütdü, velosiped infrastruktrunu 400 kilometrdən 800-ə çıxardı, şəhərdəkinəqliyyat vasitəsini 30 faiz azaltdı. Beləcə, havadakı kirliliyi nisbətənaradan götürdü.

Bələdiyyə sədriSena çayı sahilindəki prospektləri nəqliyyatdan ayırıb piyada yoluna çevirdi. Şəhərinsərhəddində bir milyon ağacdan ibarət meşə saldırır. Özü də Nyu-YorkdakıCentral Parkın beş qatı böyüklüyündə... Şəhərin borcunu azaltdı. Şəhər xalqınınrəyi ilə hesablaşdı. Layihələr irəli sürür, tanıdır və xalqla məsləhətləşir.Paris sakinləri internet üzərindən səsverməyə qatılır, layihə bəyənilərsə, həyatakeçirilir, bəyənilməsə səs çoxluğu nəzərə alınır.

Ödənişsizmuzeylərin sayını artırdı. Ödənişi çox olan muzeylərdə isə məbləğ azaldıldı.

***

Nyu-York bələdiyyəsədri Bill de Blasio... Atası alman, anası italyan əsilli...

İkinci DünyaMüharibəsində ayağını itirən qəhrəman atası alkoqolik olduğu üçün anasınınsoyadını götürməli olur. Həyat yoldaşı amerikan əsilli Şrilan lezbiyan olduğunuelan edən aktivist idi. İki orientasiyası fərqli insanlar rahib hüzurunda evləndilər.Evlilikdən iki uşaqları oldu, hər ikisi dövlət məktəbində oxuyur.

Marksistideologiyaya sadiqdir. Hələ 26 yaşında olanda Amerikanın çirkin müharibəapardığı Nikaraquaya getdi, SİA-ya qarşı vuruşan Sandinista generallarınınyanında yer aldı, daha sonra tibbi yardım paylanılmasında köməklik etdi.

2012-ci ildəVal Streeti işğal aksiyasına qatıldı, ordaca qandallandı.

"Varlı məhəllə,kasıb məhəllə ayrı-seçkiliyinə, iki şəhərin hekayəsinə son nöqtəni qoyacağıq”, "Vətəndaşlararasındakı uçurum 11 Sentyabr hadisəsindən daha dəhşətlidir”, "Bu şəhər 1faizin xüsusi mülkü deyil, bütün Nyu-York camaatının yaşayacağı, çalışacağı,ailəsini dolandıracağı yerdir”. – deyirdi.

İllik gəliri500 min dollardan çox olan Nyu-York sakinlərinin vergilərini artırmağa başladı.Bu əlavə gəlirlə yoxsul ailələrinin uşaqları üçün körpələr evi, parklar açır.

İşə metroylagedib-gəlirdi. Dünyanın ən varlı şəhərinin bələdiyyə sədridir amma... Özü dəBroklyndə xudmani bir evdə qalır. Yaltaqlıq naminə özünü Nyu-York Yankessinazarkeşi kimi təqdim etmir, əksinə Nyu-Yorkun əzəli rəqibi Boston Redsoxunazarkeşi olduğunu söyləyir.

***

London bələdiyyəsədri Sadiq Xan... Pakistan əsilli, Londonun ilk müsəlman bələdiyyə sədri...

"Təmiz hava”sözü verdi. Seçki kompaniyasını məhv olmaqdan qurtardığı bir pubda başlatdı.Homoseksual evlilikləri müdafiə etdi. Şəhərin içindəki "velosiped nəqliyyatı”narekord büdcə ayırdı.

Londonda 35yaşdan aşağı olanların dörddə biri ev ala bilməyin imkansız olduğunu düşünürdü.Hər hansı bir diktatorun adamı olsanız, o zaman Londonda ev ala bilərsiniz. Sədr"bax bunu dəyişdirəcəyik” dedi. 40 yaşdan aşağı sakinlər üçün endirimli,müvafiq qiymətli ev satın almaq layihələri irəli sürdü.

London polistəşkilatı London bələdiyyə sədrinə tabedir. Deməli, şəhər əhalisi bələdiyyə sədrinəqarşı aksiya keçirmək istəyirdi. Buna görə London bələdiyyəsindən icazəalınmalı idi. O, polisə "gedin hamısını dağıdın, təzyiqli suyla qovun, gözlərinəzəhərli qaz üfürün” demədi, "aksiya onların haqqıdır” dedi. Aksiyaiştirakçıları onunla əyləndilər. Və sədr insanların etiraz etməsinə icazə verdi.

***

Barselona bələdiyyəsədri Ada Kalou... Barselonanın ilk qadın bələdiyyə sədri...

Biseksualolduğunu açıqladı. Solçu, aktivist bir qadın...

İqtisadiböhran vaxtı "ipotekdən zərərçəkənlər qurumu” yaratmış, hökümət əleyhinəaksiyalarda iştirak etmiş, dəfələrlə həbsə düşmüşdü.

Sədrlikmasasının arxasına keçəndə ilk işi bu oldu: sui-istifadəylə mübarizə.

Onun sözləridir:"Şəffaflıq hər şeydir. Xalqdan gizlənən tək avroluq xərcləmə belə qəbuledilməzdir”.

İşə bələdiyyəavtobusu ilə gedib-gəlir. Kirayədə qalır. "Adi insanam, adi insan kimi qalacam”deyir...


"Sözcü” qəzeti


TƏQVİM / ARXİV