“Bavariya” Harri Keynlə yeni müqavilənin maliyyə şərtləri barədə razılığa gəlib.
Adalet.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər 33 yaşlı hücumçunun maaşı və bonus sistemində razılığa gəliblər.
Bununla belə, yeni müqavilənin müddəti hələ müəyyənləşdirilməyib. Bu məsələnin danışıqların növbəti mərhələsində müzakirə olunacağı bildirilir. Keynin hazırkı sözləşməsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
Qeyd edək ki, ingiltərəli futbolçu bu mövsüm “Bavariya”nın heyətində 7 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.


Bakı -°C
