Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

212 | 2025-07-11 16:10

DİN BNMİ-nin növbəti əməliyyatı zamanı Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb.

Bu barədə Adalet.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub. Ondan 10 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

    E Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

     

    TƏQVİM / ARXİV