adalet.az header logo
  • Bakı -°C

Azərbaycan millisi seçmə mərhələyə qələbəylə yekun vurdu

120 | 2025-11-18 18:46
A- A+

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.

Adalet.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu yığma meydan sahibi Malta ilə qarşılaşıb. 

13-cü qrupda yer alan təmsilçimiz Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda bu ölkədən olan həmyaşıdları ilə baş tutan matçda əzmkar qələbəyə sevinib. İlk yarısı qolsuz heç-heçə ilə başa çatan görüşün ikinci hissəsində maltalılar hesabı açsalar da, U-19 geridönüş edə bilib. Bir saatın tamamında "Sumqayıt"ın üzvü Nadir Orucov tarazlığı bərpa edib, 80-ci dəqiqədə isə "Qarabağ"lı Şahismayıl Cəfərov qələbə qolunu vurub.

Beləliklə, Elxan Abdullayevin komandası qrupu 3-cü yerdə başa vuraraq mübarizəni dayandırıb. 

Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

TƏQVİM / ARXİV