15 yaşlı yeniyetmənin qətlinin TƏFƏRRÜATI - VİDEO
Bakının Yasamal rayonunda baş vermiş qətl hadisəsinin detalları məlum olub.
Adalet.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Abbas Mirzə Şərifzadə küçəsi, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətində qeydə alınıb.
Məlumata görə, 14 yaşlı yeniyetmə mübahisə zamanı 15 yaşlı tanışına bıçaqla xəsarət yetirib. Sakinlərin sözlərinə görə, hadisə yeniyetmələr zarafatlaşarkən baş verib. Belə ki, zərbə yeniyetmənin şah damarına tuş gəlib. Yaralı xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər Xəbərlər
18 Noyabr 2025 12:40
Bakıda 70 min manat və qızıl-zinət əşyaları oğurladı - VİDEO
17 Noyabr 2025 18:50
Velosiped və mobil telefon oğurlayanlar saxlanıldı
17 Noyabr 2025 16:32
Kiberpolis sosial şəbəkələrdə yüzlərlə şəxsi aldadan 4 nəfəri ifşa etdi - VİDEO
17 Noyabr 2025 12:42
PUA ilə İrandan Azərbaycana narkotik keçirmək istədi - FOTO
17 Noyabr 2025 10:30
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı
16 Noyabr 2025 17:45
Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib
15 Noyabr 2025 10:42
Polis əməliyyat keçirdi, narkokuryer saxlanıldı - VİDEO
15 Noyabr 2025 08:32


Bakı -°C

