Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir
Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Təcrübələrin öyrənilməsi" mövzusunda kurs keçirilir.
Adalet.az xəbər verir ki, kursun açılışında çıxış edən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev qonaqları və iştirakçıları salamlayaraq Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb, hərbi qulluqçularımızın son illərdə qazandıqları təcrübələri xidməti fəaliyyətlərində uğurla tətbiq etdiklərini xüsusi qeyd edib.
Daha sonra təlimçilər tərəfindən dinləyicilərə NATO haqqında ümumi məlumat verilib. Həmçinin NATO-nun ştat strukturu, keçirilən təlimlərdə və əməliyyatlarda qazanılan təcrübələr ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən beynəlxalq tədbirdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunacaq.
Digər Xəbərlər
05 Dekabr 2025 14:27
"Qaçqınkom" Qaradağdakı yanğınla bağlı məlumat yaydı
05 Dekabr 2025 14:06
İstanbulda televiziya aparıcıları saxlanıldı
05 Dekabr 2025 12:26
Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün ŞAD XƏBƏR
05 Dekabr 2025 11:59
Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək
05 Dekabr 2025 11:11
Azərbaycanda bu şəxslər 2 ilədək həbs ediləcək
05 Dekabr 2025 10:46
"ADY-nin fəaliyyəti yenidən formalaşdırılır" - Rövşən Rüstəmov
05 Dekabr 2025 09:10
Ramiz Mehdiyev və onun çevrəsinə qurtuluş yoxdur
04 Dekabr 2025 22:11


Bakı -°C

