Ermənistanın Azərbycandan idxal etdiyi "Aİ-95" markalı benzinin satış qiyməti açıqlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın "Birlik Qanadları" siyasi təşəbbüs qrupunun üzvü Raffi Aslanyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, sabahdan etibarən idxal olunan "Aİ-95" benzini "Run Oil" şirkətinin yanacaqdoldurma məntəqələrində satılacaq və premium benzinin qiyməti 440 dram (1,97 manat) olacaq.
Xatırladaq ki, Azərbaycanda "Aİ-95" markalı benzinin satış qiyməti 1,60 manat təşkil edir./Modern.az


Bakı -°C
