Ceyhun Bayramov Vladanka Andreyeva ilə görüşüb
22 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Vladanka Andreyevanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov Azərbaycanla BMT arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə rezident əlaqələndiriciyə təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət müzakirə olunub. Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub.
2026-cı ildə ölkəmizin BMT-nin şəhərsalma üzrə əsas platforması olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcəyi xatırlanıb. Bu tədbirlərin Azərbaycanın çoxtərəfli diplomatiyada aparıcı rolunu nümayiş etdirdiyi vurğulanıb.
2021–2025-ci illəri əhatə edən Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin icrasının uğurla yekunlaşdırıldığı, cari ilin oktyabr ayında imzalanmış 2026–2030-cu illər üzrə yeni sənədin Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacağı bildirilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətindəki atılan mühüm addımlardan danışıb. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və digər əldə olunmuş tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələ olduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov rezident əlaqələndiriciyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

