adalet.az header logo
  • Bakı 11°C

Ayasofyanın taleyi və Zoe - Yılmaz Özdil

YILMAZ ÖZDİL
65298 | 2020-07-25 13:36

Zoe…

İstanbullu idi.

Bizans imperatorunun qızı idi.

Gözəlliyi ilə ətrafa işıq saçırdı.

48 yaşında idi.

Heç evlənməmişdi.

Şəxsi həyatı çılğın keçirdi, bir kişiyə bağlı olmaqistəmirdi.

Ətir və xoş qoxulu yağların düşkünü idi.

Bunları şəxsən özü hazırlayırdı və istifadə edirdi.

Gəzdiyi yerlər bəlli olurdu, addımını atdığı hər yergül kimi qoxurdu.

Atasının, yəni Bizans imperatoru VIIIKonstantinin oğlu yox idi, ağır xəstə idi, ölüm ayağında idi.

Zoeni qarşısında otuzdurub - "Romanis Argiroslaevlənməyini istəyirəm” – dedi.

Kürəkən namizədi Zoedən 20 yaş böyük, üstəgəl evil idi.

Zoe çarəsiz qalıb qəbul etdi.

Argiros boşandı, Zoe ilə evləndi.

İmperator ata üç gün sonra öldü.

Zoe ilə evlənən Argiros imperator oldu.

Zoe də kraliça.

Altı il belə yaşadılar.

Zoenin yaşına görə uşaqları olmadı.

Siyasi məcburiyyətlə başlayan xoşbəxt olmayan birevlilik yaşayırdılar.

Əslində Zoe başqası ilə gizli, qadağa olunmuş bir eşqyaşayırdı.

Mixail adlı bir kəndli uşağı idi, çox yaraşıqlı idi,yaraşıqlılığı ilə şəhərdə ad çıxarmışdı, Bizans sarayında xidmətçi kimiişləyirdi.

Zoe də onu görən kimi aşiq olmuşdu, xüsusi köməkçikimi yanına götürmüşdü.

İmperator Romanos Argiros əlbəttə ki şübhələnirdi,amma Zoeyə də söz keçirə bilmir, Mixaili saraydan uzaqlaşdıra bilmirdi.

Bu qısqanclıqla Zoeyə kobud davranmağa başladı,hamının içində təhqir etməyə başladı.

Dadanq!

İmperator öldü!

Bir rəvayətə görə, hamamın hovuzunda boğdurulmuş,başqa bir rəvayətə görə isə zəhərlənmişdi.

Məncə, kimin öldürdüyü bəllidir e.

Zoe o dəqiqə Mixaillə evləndi.

Özündən 20 yaş böyük ərini basdırmış, özündən 30 yaşkiçik ərini taxta çıxartmışdı.

Yeddi il beləcə yaşadılar.

Mixail heykəl kimi dəliqanlı biri idi. Amma təcrübəsi,savadı yox idi, saray intriqalarından baş çıxara bilmədi, ruh düşkünlüyüyaşadı, özünü dinə verdi, keşiş oldu, imperatorluq səlahiyyətlərindən əl çəkdi,keşiş libası geyindi, monastra qapandı, ömrünün son iki ilini belə keçirdi vəelə oradaca da öldü.

Zoe yenə dul qalmışdı.

61 yaşında idi.

Keşiş əri Mixailin qardaşıoğlu vardı, onun da adıMixail idi.

26 yaşı vardı.

Zoe gənc Mixaili övladlığa götürdü.

Övladı kimi taxta çıxartdı, imperator elədi.

Təbii ki övlad-zad nağıl idi, vəziyyəti hamı yaxşıbilirdi.

Əmisi keşiş imperator Mixail monastra qapandığındanbəri qardaşoğlu Mixailin Zoe ilə yaxınlığını eşitməyən qalmamışdı.

Nə isə, gənc Mixail taxta çıxdı.

Ab-havaya elə düşdü ki…

Zoeni kənarlaşdırmaq istədi.

Onu Böyükadada monastra məhkum elədi, qapısına danövbətçilər qoydu.

Amma Zoe də elə-belə qadın deyildi.

Dadanq!

Zoeyə yaxın komandirlər üsyana çıxdılar.

Şəhər yandırıldı, saray tutuldu və boşaldıldı,imperator Mixaili həbs elədilər, gözlərinə mil soxub çıxartdılar, Saqqızadasına sürgün etdilər.

Zoenin 62 yaşı var idi.

Tez-bazar Konstantin Monomakosla evləndi, onu taxtaçıxartdı.

Bu dəfəki əri özü ilə yaşıd idi.

Səkkiz il birgə yaşadılar.

Zoe 70 yaşında ikən kraliça olaraq dünyasını dəyişdi

Bizansın ən möhtəşəm qadını Zoenintarixə məlum olmuş bir başqa möhtəşəm özəlliyi vardı.

Kraliça olduğu müddətdə Ayasofyaya özmozaik rəsmini çəkdirmişdi.

Bir tərəfdə özü, bir tərəfdə isə Romanos Argiros,ikisinin ortasında isə sağ əliylə xeyir-dua verən həzrəti İsa vardı.

Həzrəti İsanın hüzurundaevlənməklərini simvolizə edirdi.

Məsum baxışlı Zoeninin başının üstündə "çox dindar Zoe”yazılmışdı.

Zoe yaşlı ərini öldürdü, gənc sevgilisiilə evləndi.

Ayasofyadakı mozaik rəsmini təzələtdi.

Yaşlı ərinin vücudu eyni qaldı, üzünü qazıtdırdı,əvəzinə gənc ərinin üzünü çəkdirdi.

Müasir dillə desək, fotomontaj elətdirdi.

Gənc sevgilisini də öldürtdürdü, üçüncüevliliyini yaşadı.

Ayasofyadakı rəsmi yenə təzələtdi.

İlk ərinin vücudu yenə yerində qaldı, ikinci ərininüzünü qazıdılar, üçüncünü çəkdilər.

Bugün Ayasofyadakı mozaikdə ilk ərinin vücudu var.

İkinci ərindən əsər-əlamət yoxdur.

Üçüncü ərinin üzü var.

Həzrəti İsa isə xeyir-dua verməyə davamedir.

Zoenin başının üstündə "çox dindar Zoe”yazılır.

Ayasofyada mozaik deyincə, Həzrətiİsadan, Məryəm anadan, xristin əzizlərindən-filan danışırlar, amma məndənsoruşsanız, Ayasofyadakı ən önəmli mozaik Zoedir.

Çünki Ayasofyanın da taleyi bir növbelədir.

Kilsə idi.

Məscid oldu.

Muzey oldu.

Bina eynidir.

Sürət isə tez-tez dəyişir.

TƏQVİM / ARXİV