adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Avqust tezisləri - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
414244 | 2020-08-22 10:36

1917-ci ilinFevral inqilabından sonra Rusiya İmperiyasının qalıqları (o vaxt Qərb elədüşünürdü) üzərində Müvəqqəti hökumət qurulmuşdu. Dünya müharibəsi gedirdi və yaxın zamanlarda Rusiyanın bumüharibədə tamam-davam məsələsi dəhəll olunmaqda idi. Ölkədəikihakimiyyətlilik mövcud idi. Müvəqqətihökumət və Petroqrad Soveti idarə edirdidövləti. Bolşeviklərin təsir dairəsiməhdud idi, sol çoxluq olsalar da.Vladimir İliç Lenin həmin vaxt xaricdə idi, mühacirətdə yəni. Vəonun gizli danışıqları artıqfayda verirdi – nə danışırdı, nədeyirdi maraqlananlar axtarıb oxuyabilərlər . Özüyçün mənzərəni təhlil edən Rəhbər belə qərara gəlmişdi ki, artıq IIIinqilabın zamanı yetişib – yənibirinci inqilab 1905-ci ildə, ikinci inqilab1917-ci ilin fevralında olmuşdu. Amma burdan bolşeviklərin xeyiri azolmuşdu. III inqilab sosialist inqilabı olmalıydı. Fəhlə-kəndli inqilabı.Və Lenin Qərbdən öz qarantiyalarını alıb mühacirətdən vətənə döndü – aprel ayında. Və özünün məşhur "Apreltezisləri”ni bəyan elədi. Biz oxuyandaqulağımız deşilirdi bu tezisləri eşitməkdən, imtahanlarda əzbərləyirdikmənasını dərindən anlamadan – amma indi anlayıram ki, Lenin öz siyasi ağlıyla İmperiyanı dünyanınsiyasi xəritələrindən silinməyə qoymadı – sadəcə adını dəyişdi. Nə deyilirdi butezislərdə:

1.Müharibənin kəskintənqidi. Müharibənin demokratik əsaslarda, zorakılıq olmadan bitməsi kapitalın yıxılması ilə mümkün olacaq.

2. İnqilabınliberal-burjua mərhələsi sona çatıb, sosialistmərhələsi başlayıb artıq hakimiyyətproletariatın və yoxsul kəndlilərin əlinəkeçməlidir.

3.Müvəqqəti hökumətləheç bir ittifaq olabilməz.

4.Fəhlə-kəndlideputatların hakimiyyətinə mane ola biləcəkkiçik burjua – opportunist elementlərinblokuna sədd qoymaq.

5.Parlament respublikası qətiyyən ola bilməz –fəhlə -kəndli, muzdur respublikası.Aşağıdan yuxarı bürokratik aparatın ləğvi,polisin ləğvi, ordunun xalqın idarəsinə verilməsi, məmurların dəyişilmə mexanizminin yaradılması, maaşlarının fəhlələrdən az olması.

6. Aqrarislahatlar – mülkədar torpaqlarının müsadirəolunması, ölkə üzrə milliləşdirmə.Yəni torpaqların.

7. Bankislahatları – bütün bankların birmilli bankda birləşməsi. Fəhlə deputatların nəzarəti altında.

8.Sovetlərinistehsalata və məhsul bölümünə nəzarəti.

9. RSDFP(b) – partiyatapşırıqları.

10.İnternasionalın yenilənməsi.


***

Həəə... Belə fikirləşirdi yoldaş Lenin. Vladimir İliç... Və onunfikirləri hər dövrdə kütləni aldadıb, özünə cəlb edib də tələyə salmaq üçün aktual sayılabilər. Tezislərdə mətbuathaqqında heç nə yoxdur – niyəolsun ki??? Mətbuatın azadlığı həmin dövrdə çoxlazım idi. Bolşeviklər mətbuat azadlığının hesabınagəldilər hakimiyyətə. Vəsonra məhz həmin yerləribağladılar. Fevral və Oktyabr inqilabları arası təkcə Lenintəxminən 270 məqalə yazmışdı. Özü!!!Və azlıqdan çoxluğa keçə bilmişdi ... Mətbuat beləqüvvədir...

O vaxtbolşevik fraksiyasının üzvləri yasürgündən, ya da mühacirətdən yeniqayıtmışdılar. Və əməkdaşlığa razıydılarMüvəqqəti hökumətlə. Lenin isəbunun əleyhinə idi . Yenimərhələyə keçiddə burjualara yeryox idi onun təsəvvüründə.Münaqişəyə bənzər müzakirələrdədediyini yeridə bildi...

***

Tezisləri yeridə bilmək vəfikrini təsdiq etməküçün özünü övliya yerində görmək lazımdeyil – inqilab (ya da islahat) etməküçün çox xırdalıqları düşünmək gərək. Lap böyük imperiyalarda da, lap kiçikqəsəbələrdə də... Bənzər hadisələrixatırlayaq – amma hər şey mətbuatın ələ keçirilməsindən başlayır. Deyək ki, indi mətbuat çoxsahəlidir,böyükmiqyaslıdır – ancaq kökü eynidir. Və ərincəkliketmədən mətbuatı (ən azından imzaları) izləmək labüddür. Yalnız tapşırıqla yazılmış nümunələr yardımçıolmayacaq. Kütlə sonvaxtlar elə tərbiyə olundu ki,ya söyür, ya da vəcdə gəlir. Orta həddəyer qoyulmayıb. Və hətta söyənləritəqdir edən məmurlar da mərkəz cinahlarda duran adamları GÖRMÜR!!!Yuxarıda oturan şəxslər, belə olmur !!! Görüntü xatirinə iclaslarla – suyuoliqarxların tarlasına axıdılan kəndlini sakitləşdirmək OLMUR !!!Orta təbəqə sürətlə yoxaçıxmaqdadır – onlara üz tutub da gələn acları yola vermək də hər günbir az da ağırlaşır... Deyərsinizki, hamıdan ağıllı çıxmısınız? Bunu biz hamıdan yaxşı bilirik... OK!!! Bəs, niyə dəyişmir ?

İstilər elə gəlib ki, bütün dünya qovrulur. Söz veriblər ki,bizdə də olacaq. Yəni məsələ bundadır ki, insanlar çəpər çəkib ölkələri bölsələrdə tsiklonlar, hava axınları sərhəd tanımır. Və kimsə fikirləşirsə ki, başqaölkələrdəki havalardan mənə nə – böyük səhv eləyir. Eyni fikri siyasi havaya datətbiq etmək lazımdır. Siyasi tsiklonlar da çox etkiləyici gücdədir. Ən azından pandemiya hamını bir çətiraltında birləşdirə bildi.

***

...İstanbulda olub "Topqapı" muzeyini görənlər bilirlər:girəcəkdə sarayın iki həyəti, iki darvazası var. Əvvəllər Osmanlı imperiyasınınehtişamlı dönəmlərində saraya qonaq gələnlər statusuna, ranqına görə bəzənbirinci darvazadan ikinciyə keçənə qədər atla, qatırla gedə bilirlərmiş.İkincidən saraya qədər gedən yolu isə istisnasız-filansız piyada getməliymişlər.Rəiyyətin isə sarayın nə birinci, nə də ikinci həyətinə daxil olmaq hüququ yoximiş. Amma hər səhər birinci darvazanın qarşısına yığışıb həmin gecə dövlətindaxili siyasətində baş verənlərdən xəbər tuturlarmış. Yəni gecə başı kəsilmişdövlət məmurlarının kəlləsini nizəyə keçirib düzürlərmiş birinci darvazanınqabağına. Həmin vaxtlardan çox uzaqlaşsaq da, mahiyyətcə çox şey dəyişməyib.Biz də hər gün xəbərləri həmin odarvazanın qabağına yığışan rəiyyət kimi oxuyuruq. Nəsə yeni bir sərəncammı, fərmanmıeşitməyəndə fikirləşirik ki, nə oldu, bəs filankəs, bəs filan nazir, bəs filanməmur? Sadə adamların marağı təbiidi, onlar nəyinsə dəyişəcəyinə ümidlidirlər.Amma dünənə qədər ağız-ağıza öpüşən, bir-birinin şəninə tərif deyənlər haray-həşirqopardanda düşünürsən ki, qardaş, nə olub? Bir-iki gün gözləyin, görərsiniz nəqədər "səmimi" etiraflar eşidəcəksiniz.

***

Hər dəfə ilbaşlayanda münəccimlərproqnoz verirlər –gələn ilruzili-bərəkətliolacaq!!! Kimin üçün – onu demirlər...Məlumduzatən...Dava-dalaş sarıdan bərəkətliolur hərilimiz... Yalan sarıdan xəzinə lapdoludu...Və buyalanları təsdiqedib tarixəsalmaq ənənəmizdəvar...


Tezis, tezis,tezis... Özünüz yazın (həm də oxuyun) – amma siyasi beyinlə yazın ...Nifrət artır...Qoymayın...

***

... Gecəninmi, sabahınmı 4-də ildırımın, yağan yağışın səsinə yuxudanoyanırsan. Göylərdən tökülən və torpaqdan axan suyun səsi elə bil boğazınıqurudur, su icmək istəyirsən. Şimşək odanı işıqlandırır, ələk-vələk edib suaxtarırsan. Sonra yadına düşür ki, aldığın sular qalıb maşında, gətirməmisənodaya. Maşın da uzaqda deyil amma, düz qaldığın evin qarşısında. Amma ildırımınqorxusundan , yağışın qorxusundan susuz qalıb, pəncərədən axan sulara baxa-baxaqalırsan....

P.S. Cox olub ömür boyu – əlini uzadıb götürə biləcəyin "SUYU"içməyə cəsarət tapmamısan. Şimşəyin işığı qorxudub səni...

P.P.S . Susuzluğunuza güvənin…


TƏQVİM / ARXİV