Ata və oğul Şirvan kollektorunda boğuldu - YENİLƏNİB

249 | 2025-08-02 13:27

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Adalet.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***23:35 (01.08.2025)

Baş Şirvan kollektorunda iki nəfər boğulub.

Adalet.az-ın məlumatına görə, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki nəfər (ata və oğul) kanalda boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc- xilasediciləri tərəfindən axtarışlar aparılır. Əlavə məlumat veriləcək.

TƏQVİM / ARXİV