Ata və oğul Şirvan kollektorunda boğuldu - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***23:35 (01.08.2025)
Baş Şirvan kollektorunda iki nəfər boğulub.
Adalet.az-ın məlumatına görə, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki nəfər (ata və oğul) kanalda boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc- xilasediciləri tərəfindən axtarışlar aparılır. Əlavə məlumat veriləcək.
Digər Xəbərlər
26 Avqust 2026 11:00
Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb
25 Avqust 2026 17:27
Bakıda məşhur gecə klubunda yanğın - YENİLƏNİB
25 Avqust 2026 17:00
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
25 Avqust 2026 15:56


Bakı -°C

