adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: NAXÇIVANLILAR MƏNİ NİYƏ  TOPA TUTDU?!

AQİL ABBAS
881 | 2022-06-14 15:01

Dünənki  saytımızda belə bir kiçik  status paylaşmışdım ki, Əli Əsədov  və Cahangir Əsgərov naxçıvanlılarla  niyə düşmənçilik edirlər?  Səbəb də təbii ki, Naxçıvan təyyarələrinə qiymətin  10 manat (əslində 20 manat, çünki gedənlər  geri dönməlidir,  gələnlər də qayıtmalıdır) artırılmasıdı.  Buna görə trolların hücumuna məruz qalmağımı göz önünə   almışdım.

İndi məsələ budur ki, məni daha çox naxçıvanlılar  qınayıb.  Yadınıza düşürsə, dünən yazmışdım ki, ardını yazacam. Bilirdim ki, hücuma  məruz qalacağam, ona görə sonluğu elə qurtarmışdım.

İndi top atəşinə məruz qalmışam. Özü də naxçıvanlılar tərəfindən, xüsusən də öz qohumlarım tərəfindən.

Nə yazırlar?

Aqil bəy, niyə Əli Əsədovu və Cahangir Əsgərovu tənqid edirsiniz, onları  hirsləndirirsiniz?

Bizim  minnətdarlıq məktubumuzu da çap edin həm Əli Əsədova, həm də Cahangir Əsgərova. Çox  sağ olsunlar ki, qiyməti 100-150 manata  qaldırmayıblar. Guya o qədər qaldırsaydılar nə edəcəkdik ki? Allah balalarını saxlasın, özlərinə də uzun ömür versin  ki, qiyməti 100-150 manata   qaldırmayıblar.

Sizi oxumuş adam bilirdik, ziyalı bilirdik, heç demə bu dünyadan xəbəriniz  yoxuymuş ki. AZAL dövlət içində dövlətdir, prezidenti də dövlət içində prezidentdir.

Ay bisavad, o boyda  qəzetə baş redaktorluq edirsən, Parlamentdə  oturmusan, hələ   müəyyən məsələləri bilmirsən.

 Bəxtin gətirib ki, Yarın  naxçıvanlı  olsa da, özünü  burdan deputat  verməmisən, yoxsa  sənə səs verməzdik.  O Fazil Mustafaya denən ki, nə badə özünü  Naxçıvandan deputat verə. Qüdrət  Həsənquliyevə də denən ki, gələn seçkilərdə getsin özünü ayrı yerdən deputat  versin, ona da səs verməyəcəyik.

Çox istəyərdik ki, Cahangir Əsgərov növbəti seçkilərdə özünü Naxçıvandan deputat versin, biz hamımız da  ona yüz faiz səs verək, getsin otursun  Parlamentdə. Necə bizim qayğımıza qalıb, eləcə də Parlamentdə bizim  qayğımıza  qalsın. Nə isə… 

TƏQVİM / ARXİV