Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə: 16 nəfərə həbs qərarı

142 | 2025-07-11 15:45

FETÖ/PDY silahlı terror təşkilatının aktual maliyyə quruluşuna qarşı Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 16 şübhəli barəsində eyni vaxtda həbs qərarı verilib.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara mərkəzli iki vilayətdə həyata keçirilən əməliyyatlar 11 iyul 2025 tarixində başlayıb. Ankara Emniyyət Müdirliyinin Terrorla Mübarizə İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlər zamanı şübhəlilərin saxlanılması və Baş Prokurorluğa təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Aparılan araşdırmalar nəticəsində Fetullahçı Terror Təşkilatının (FETÖ) mövcud maliyyə strukturunda aktiv rol oynadığı ehtimal edilən şəxslər müəyyən olunub və onlarla bağlı hüquqi tədbirlər görülür.

TƏQVİM / ARXİV