adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7

Anaların Fərrux “dağı” - Emin Piri yazır

Emin Piri
347 | 2022-03-30 11:48

Fərrux yüksəkliyi azad edildi.

Kiminə görə sadəcə bir yüksəklikdi.

Kiminə görə əsirlikdə olan vətən torpağı idi.

Kimiyçünsə hərbi-strateji uğurdu.

Bir də analar var. Fərrux dağından daha böyük dağ çəkənlər. Fərrux həsrətini balasını görmək-onların nəşinə( daha doğrusu sümüklərinə) qovuşmaq ümidiylə yaşayanlar.

Dostumuz Vüsalə Məmmədovanın paylaşımında rast gəldim o analardan birinə.

Şəkildəki Elmira xanımdır...

Oğlu İlham 19 yaşı olanda Fərrux dağında şəhid olub...

1992-ci il, sentyabrın 19-da...

Ermənilər oğlunun nəşini verməyib...

"Dövlətin verdiyi "qan pulu" ilə oğluma yalançı məzar düzəltdim" deyir...

"Yarım metr kəfənə şəklini və köynəyini büküb basdırmışam, təsəlli olsun deyə..."

Fərruxda kütləvi məzarlığın aşkarlandığını eşidib, ümid edir ki, 30 il sonra oğlunu məzarına uzada biləcək...

Bu, bir azərbaycanlı ananın hekayəsi... Şərh etmək mümkün deyil...

 

TƏQVİM / ARXİV