Rusiya və Ukrayna arasında Oleşki səhərində lokal atəşkəs elan ediləcək.
Adalet.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, atəşkəsin ərsəyə gəlməsi ABŞ-nin birinci xanımı Melaniya Trampın sayəsində baş tutub.
Lokal xarakterli atəşkəsin oktyabrın 29-dan başlayacağı bildirilib.
Melaniya Trampın atəşkəsin bərqərar olması məqsədilə Rusiya və Ukraynanın siyasi rəhbərliyi ilə birbaşa çalışdığı xüsusi qeyd olunub.
Qeyd edək ki, Rusiyanın nəzarətində olan Oleşki şəhəri Ukraynanın cənubunda, Xerson vilayətində yerləşir. Müharibədən əvvəl burada 24 min nəfərlik əhali yaşayıb, indi onların sayı təxminən 1700-2000 ətrafındadır.


Bakı -°C
