Türkiyəli aktrisa Hande Erçelin sosial şəbəkələrdəki reklam gəliri ilə bağlı səsləndirilən rəqəm diqqət çəkib. Aktrisanın "Instagram" hesabında cəmi 24 saat görünən reklam xarakterli "Story" paylaşımı üçün 700 min türk lirəsi aldığı iddia olunur.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hande Erçelin sosial şəbəkələrdən əldə etdiyi gəlir TV8 telekanalında yayımlanan "Gel Konuşalım" proqramında müzakirə edilib.
Proqramda səsləndirilən iddiaya əsasən, milyonlarla izləyicisi olan aktrisa "Instagram" hesabında paylaşdığı reklam xarakterli hekayələrə görə 700 min türk lirəsi qazanc əldə edir.
Cəmi 24 saat ərzində görünən paylaşım üçün tələb edildiyi bildirilən bu məbləğ sosial media reklamlarının kommersiya dəyərini yenidən gündəmə gətirib.
"Sen Çal Kapımı" serialında baş rollardan birini canlandırdıqdan sonra Türkiyədən kənarda da geniş izləyici auditoriyası qazanan Hande Erçel müxtəlif beynəlxalq markalarla əməkdaşlıqları ilə diqqət çəkir.
Aktrisanın gündəlik həyatına dair paylaşımları, moda seçimləri və reklam əməkdaşlıqları sosial şəbəkələrdə geniş maraq doğurur.


Bakı -°C
