adalet.az header logo
  • Bakı -°C
23 Oktyabr 2026 19:33
71
DÜNYA
A- A+

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

İtaliyanın cənubunda, Siciliya adasında seysmik təkanlar qeydə alınmaqda davam edir.

Adalet.az xəbər verir ki, bu haqda “Ansa.it” saytı məlumat yayıb.

Sonuncu zəlzələnin maqnitudası 5,5 olub, episentri isə Eol adalarının şimal-qərbində, Tirren dənizinin cənub hissəsində yerləşib.

Milli Geofizika və Vulkanologiya İnstitutunun Zəlzələlər Departamentinin direktoru, seysmoloq Salvatore Stramondonun sözlərinə görə, bir həftə ərzində adanın sahilləri yaxınlığında 60 zəlzələ qeydə alınıb. Təkcə cümə günü həmin ərazidə 15 zəlzələ baş verib.