Vaşinqton Rusiyanı nüvə sınaqları keçirilməsinin qadağan olunması ilə bağlı müqavilənin şərtlərini pozmaqda günahlandırıb. Bu da Moskvanın xətrinə dəyib.
Rusiya XİN-nin rəsmi nümayəəndəsi Mariya Zaxarova bu gün jurnalistər üçün keçirilən brifinqdə bəyan edib ki, "ABŞ-ın bu ittihanları tamamilə əsassızdır. Məlumdur ki, Vaşinton adətən belə ittihamlardan sonra, hansısa beynəlxalq müqavilədən çıxdığını bəyan edir".
Xatırladırıq ki, bu gün sentyabrın 24-ü ümumdünya nüvə silahlarının sınaqdan keçirilməsini qadağan edən beynəlxalq müqavilənin 30 illiyi qeyd olunur.
Rüstəm Hacıyev


Bakı -°C
