adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ABŞ Ukraynanın məğlubiyyətinə hazırlaşır ? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
838 | 2023-02-06 12:23

Rusiyanın "İzvestiya" qəzeti yazır ki, ABŞ -ın dəniz piyadaları kəşviyyatının keçmiş kəşviyatçı zabiti Skott Ritter, "Judging Freedom" YouTube kanalına müsahibəsində bildirib ki, Birləşmiş Ştatların rəhbərliyi hesab edir ki, Ukraynanı qaçılmaz məğlubiyyət gözləyir.

Keçmiş kəşviyatçı qeyd edib ki, Rusiya ordusu hazırda Ukraynanın heç nə ilə qarşısını ala bilməyəcəyi güclü "zərbə yumruğu" hazırlayır. Münaqişədə Ukraynanın bu zərbənin qarşısında dayana bilməyəcəyi ilə bağlı, ABŞ Ukraynaya silah göndərməyin əhəmiyyəti ilə bağlı problemlərlə üzləşib.

Ritter güman edir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası, Ukraynanın məğlub olacağı halda, bu məğlubiyyətin necə baş verməsinə görə cavab verməli olacağını bildirib.

"Onlar inanmaq istəyirlər ki, vaxtı gələndə, "Biz əlimizdən gələnlərin hamısını etdik, Ukrayna nə istədisə, tanklar daxil hər cür hərbi texnika göndərdik"- deyə eks dəniz piyadasının kəşviyatçı zabiti bildirib.

Pentaqon rəhbərliyinin keçmiş məsləhətçisi, polkovnik Duqlas Makqreqor bəyan edib ki, Rusiyanın Donbassı işğal etməsi prosesi, Ukrayna Hərbi Qüvvələri tam məhv ola qədər, hələ uzun müddət davam edəcək.

3 fevral tarixində Pentaqon elan edib ki, Ukraynaya hərbi yardım paketi çərçivəsində 2,175 milyard dollar məbləğində hərbi texnika göndərəcək. Bu yardlma NİMARS reaktiv sistemləri üçün mərmilər, daşınan raket əleyhinə Javelin raket kompleksləri üçün sursatlar, həmçinin 150 km uçuş qabiliyyəti olan, GLSDB mərmiləri daxildir.

Daha sonra isə, amerikan müdafiə nazirliyindən bildirilib ki, uzaq məsafəli raketlərdən Krımı vurmaq məsələsi Ukraynanın öz öhdəsinə buraxılıb.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Volqoqradda etdiyi çıxışda bəyan edib ki, "Rusiyanın müasir müharibəyə başlaması tamamilə fərqli olacaq, bizim düşmən həmlələrinə cavab vermək üçün imkanlarımız genişdir.

 

TƏQVİM / ARXİV