adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

23 yaşlı "Gözəllik kraliçası" qətlə yetirildi - ANBAAN VİDEO

1196 | 2024-04-29 14:21

Ekvadorda 23 yaşlı "Gözəllik kraliçası" Landy Parraqa Los Rios əyalətində getdiyi məkanda silahlı hücuma məruz qalıb.

Adalet.az xəbər verir ki, bədəninə çoxlu güllə dəyən Landy hadisə yerində dünyasını dəyişib.

Qan donduran qətldən sonra Ekvador Prokurorluğunun rəsmiləri dəlil toplamaq və sui-qəsdin arxasında duranları tapmaq üçün araşdırmalara başlayıb. Çoxsaylı həbslərə səbəb olan mütəşəkkil cinayət strukturunun istintaqı davam edən "Metastaz" davasında gözəllik kraliçasının adının hallandığı məlum olub.

Qeyd edək ki, o, 2022-ci ildə gözəllik müsabiqəsində Los Rios əyalətini təmsil edib və  "Miss Ekvador" yarışmasının qalibi olub. 

 

 

TƏQVİM / ARXİV