adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

2000 manat və 40 yazar - Ulucay Akif yazır

ULUCAY AKİF
42716 | 2019-05-04 09:18

Buraşairlərin, yazıçıların Məkkəsidir. Parkın başında Səməd Vurğunun heykəli göyərçinlərindayanacağına çevrilib. İllərdir göyərçinlər bu heykəlin ətəyində, başında,çiynində dayanıb nəfəsini dərir. İllərdir adi insanların içində şairlər də,yazıçılar da bu heykəlin ətrafında Həcc ziyarəti edirmiş kimi təvaf edir. Sonrayorğunluqlarını bu parkın yanında yerləşən "Delikates” kafesində çıxarırlar. OturubƏdalət əminin çayından içib söhbətləşirlər.

Keçəngün gözəgörünməz adam kimi həmin kafeyə zühur elədim. Gedib gözdən uzaq birmasada əyləşdim. Hər kəs öz masasındakı qələm yoldaşı ilə nəyisə müzakirəedirdi.

Qəfilhardan və necə gəldiyi bilinməyən bir xəbər kafeyə bomba kimi düşdü. Masalarda hərəkətlənməyaratdı:

-Eşitdiniz? AYB yazarlara mükafat verib. KamalAbdulla da özünə çatan mükafatı yazarlara vermək üçün müsabiqə elan edib. 2000manat!

Bu dəm Qisməteynəyini burnunun ucuna sürüşdürüb hiyləgər təbəssümlə kafedəkilərə baxdı:

-Boşuna həvəslənməyin. Qalib mən olacam! Kamal müəllimözü intellektual adamdır, şeirin də intellektual olmasını sevir.

ƏsədQaraqaplan:

-İntellektualşeir e! (gülməyə başladı) 2000 manat səninnəyinə lazımdır?

Qismət:

-Mozambikli bir şair tapmışam, onun şeirlərini bizimdilə tərcümə edib kitab çap edəcəm.

ƏsədQaraqaplan:

-Yaxşı, 1000 manata onun kitabını çap elədin. Bəs obiri 1000 manat? Onu da verin 3-4 baş qoyun alım, hərdən gələrsiz kəndə,sizinçün kabab çəkərəm.

Qismət:

-1000 manatı da verəcəm həmin mozambikli şairə, o mənimşeirlərimi mozambik dilinə tərcümə edəcək.

Şəhriyardel Gerani:

-Qismət, intellektual şeir deyəndə ki, mən də it kimidarıxa billəm. Siz hardan biləsiz e, itkimi darıxmaq nə təhər olur?! Dəruni eşqlər!

CəlilCavanşir:

-Mən də pis darıxmıram, Şəhriyar. İstəyirsiz bir dənədarıxım baxın? (75 üzük olan barmaqlarının arasındakı siqareti yandırıb pəncərədənküçəyə baxmağa başlayır)

HəmidHerisçi:

-Cəlil, sən hələ de görüm, meyxana deyə bilirsən? Poeziyadasızıldamaq dövrü artıq çoxdan bitib! Nə darıxmaq, nə ağlamaq?!

CəlilCavanşir:

-Deyə bilirəm. Mən toyda meyxana deyəndə sənrayon-rayon gəzib pirlərdə kəramət axtarırdın. Lap istəyirsən, get youtube-dabax, Rövşanənin verilişində də meyxana demişəm.

Adınıeşidən Kəramət Böyükçöl fürsət gözləyirmiş kimi söhbətə atıldı:

-Amma öz aramızdı, Cəlil, meyxana sənin səsinəyaraşmır e. Ümumiyyətlə başa düşmürəm ki, bu boyda bədəndən o cür səs necəçıxır? Elə darıxmağın da meyxana kimi mənasızdı.

Bu məqamdahamı danışığı kəsir, qara-qara düşünməyə başlayır. Hamı beynində vələ-qurd eləyirki, müsabiqəni kim qazanacaq?

ƏsədCahangir qəfil söhbətə qoşulur:

-Həmid düz deyir. Ondansa o mükafatı verin mənə. Nəvaxtdandır Həcc ziyarətinə getmək istəyirəm. Qayıdanda sizin üçün də bir dənəantologiya çap edərəm.

AqşinYenisey:

-Əsəd bəy, 2000 manatla Həccə getsəniz qayıtmağapulunuz çatmayacaq, qalacaqsınız orada.Bir ara mən də getmək istəyirdim, hesabladım, azı 5000 lazımdır. Onnansa eləateist olaram da.

MirmehdiAğaoğlu:

-Həcc ziyarəti olmasa da, Kərbəlaya getmək olar.

KəramətBöyükçöl:

-Saxlayın! Nə darıxmaq, nə Həcc ziyarəti?!Mirmehdi,sən Allah, ziyarəti neynirsən? Anadangəlmə "Mir” rütbən var da. Mən Elgizinverilişində axıra kimi oxuya bilmədiyim şeiri göndərəcəm "Sən bir cavan qızidin...”.

Qəşəm Nəcəfzadə:

-Bezdirmisən məni, Kəramət! Sən Allah bəsdir mənibiabır elədin! Mən sənin yerinə bir şeir yazıb göndərərəm. Əl çək! Yığmısan məniboğaza. Elə eləmə, saytların birinə müsahibə verib deyim ki, Kəramətioğulluqdan çıxarmışam. Sənin üzündən AYB-də Anarı görən kimi qaçıb gizlənirəm. Bəsdidə, bəsdi!

Hamı QəşəmNəcəfzadəni sakitləşdirməyə çalışdığı an, Anarın adını eşidən Rasim Qaracayanında əyləşən Şərif Ağayara tərəf pıçıldadı:

-Elə eləmək lazımdı ki, mükafatı AYB-dən kimsəalmasın! Mütləq AYO-çulardan kimsə qalib olmalıdır. Sən də bir şeir göndər, məndə göndərəcəm, amma başqa imzayla göndərək. Yoxsa biziqalib eləyən deyillər.

QanTuralı:

-Şərif şairdi ki? (gülür)

ŞərifAğayar:

-Mənim nəsrim də poetikdir! Səninlə heç birpolemikaya girmək istəmirəm, Tural. Sən ədəbiyyata milyon kilometr uzaqadamsan!

RasimQaraca hər iki nəfərə gözlərini bərəldərək susmalarına işarə etdi.

AyxanAyvaz:

-Şərif, bəlkə mən də nəsə göndərim?

OğuzAyvaz:

-Sən nə göndərəcəksən, reportaj? Şeirmüsabiqəsidir.İmkan ver mən nəsə edim!

Rasiminsözü Həmidin xoşuna gəlir və durub Rasimgilin masasına yaxınlaşır. Bayaqdandinib-danışmayan Murad Köhnəqala da Həmidin dalınca.

HəmidHerisçi:

-Deyirəm, bəlkə AYO-nu təzədən quraq?

Şərifrazılıq əlaməti olaraq bir əlini, Ayxansa iki əlini yuxarı qaldırır. Oğuz isə hələdə fikirləşir. Rasimin üzündə təbəssüm yaranır.

Söhbətləriheykəl soyuqluğu və təbəssümü ilə dinləyən Salam Sarvan dilləndi:

-Ədəbiyyat imtina etməkdir, imtina. Bütün bu boşqovğalardan imtina edin.

Bu məqamdakafeyə Rəşad Məcid girdi. Öz aurasında yüksək səslə hamıyla hal-əhval tutduqdansonra dedi:

-Bu gün bütün stolların "şot”-u mənlikdi. Ofisiant,gör bu masaların hesabı nə qədər eləyir?

KəramətBöyükçöl tez başını qaldırdı:

-Mənə də bir dənə pivə gətirərsən! – deyib sonra RəşadMəcidə baxdı.

Rəşad Məcid"adam olmayassan da sən” baxışı ilə Kəramətə baxdı.

Hər kəsməmnun görünürdü.

Ofisiantqayıtdı:

-Müəllim, ümumi hesab 2000 manat edir!

Hamıheyrət içində biri-birinə baxmağa başladı. Kafeyə ölü sükutu çökdü. Rəşad Məcidində qanının qaraldığını hiss etdim.

-İnanmırsınızsa, çek gətirim. – ofisiant bir dahadedi.

KəramətBöyükçöl:

-Bəlkə hələ az deyir. Elə mən tək 1500 manatlıqiçmişəm.

Rəşad Məcid:

-Ə, di bir səsini kəs görək!

Sonrabirdən Rəşad Məcidin qaşlarının düyünü açıldı. Pencəyinin sağ çöl cibindəntelefonunu çıxardı. Bir qədər ekrana baxıb nəsə axtardıqdan sonra "yes” düyməsinəbasdı. Hamı dəstəyin o biri tərəfində kimin olduğunu eşidə bilmək üçün sükutudaha da artırdı:

-Alo! Salam, Kamal müəllim! Necəsiniz? Deyirəmvaxtınız varsa, gəlin oturaq bir söhbətləşək. Hə, elə "Delikates”dəyəm. Yaxşı,gözləyirəm.


TƏQVİM / ARXİV