Bəşəriyyətin, insanlığın tarixi nə yalnız "ağ", nə də "qara" səhifələrdən, sətirlərdən ibarətdir. Məncə ilk insanların 5,5-6 min il, ilk ibtidai dövlətlərinsə 5 min il əvvəl - qədim Misirdə, Mesopatamiyada, Hindistanda - yarandığı haqda elm adamlarının söylədiklərinə inansaq əlbəttə, əlahəzrət zamanın bütün "rəngləri" özündə əks etdirdiyini düşünə bilərik. Axı cəmiyyətlərin özləri də həmişə eynirəngli olmayıb. Antik dövrün alimlərindən birinin yazdığı kimi - "tarix bəzən darıxdırıcı, bəzənsə həyəcanverici olur. Çünki onu biz yaratdığımız üçün o da bizə oxşayır..."
Tarixin bəzi səhifələrində dahilər, alimlər, bəzi səhifələrində sərkərdələr, qəhrəmanlar, şahlar, digərlərində xəyanətlər, sevgilər, sui-qəsdlər, başqa bölümlərində səyyahlar, quldurlar... bir sözlə cəmiyyətin hər dövrə, hər mühitə uyğun təqdim etdiyi və digərlərindən fərqlənən şəxslər yer tutur.
Tarix artıq olmuşlardı, baş vermişlərdi, yaşanmışlardı. Hər kəsin, hər hadisənin, hər olayın bu dəyişməz və əbədi düzəndə öz yeri var. Və yəqin ki, tarixin inanılmaz rəngarəngliyi də elə bu səbəbdən var...
Edvard Tiç dəniz qulduru olduğu üçün adı tarixin səhifələrindən silinə bilməzdi ki? Heç istəsəydilər də bunu bacarmazdılar. Çünki o da bir çoxları kimi nə etdiyi ilə deyil, necə etdiyinə görə başqalarından fərqlənmişdi. Dəniz qulduru olsa belə...
(Əvvəli qəzetin 16 iyul sayında)
Fransızlar əvvəlcə quldurlara müqavimət göstərməyə başladılar. Lakin bu çabalar çox yetərsiz oldu. Tiçin döyüşçüləri bu gəmini də amansız basqına məruz qoyaraq abordaja aldılar və tezliklə ələ keçirdilər. Və "Qara saqqal" gözlədiyindən də çox qəniməti ələ keçirdi. Bu hadisədən sonra baş verənlər ağızdan-ağıza gəzərək şişirdildi, "Qara saqqal"ın mifik bir gücə sahib olduğu çoxlarının ürəyinə qorxu salmağa başladı. Artıq gəmilər ehtiyat tədbirləri almadan dənizə çıxmağa ehtiyat edirdilər.
Kiçik Antil adaları istiqamətinə kurs götürən Tiçin gəmiləri ara vermədən Sent-Vinsent, Sent-Lyusiya, Neves, Antiqua və başqa adalar yaxınlığında qarşılaşdığı gəmilərə, iri yelkənli qayıqlara fərq qoymadan hücumlar etdi. Hər birinin yüklərini yağmalayan quldurlar pusqularını ara vermirdilər. Həmin arada dənizçilikdə tanınan kapitan Kristof Teylorun başçılığı ilə üzən ingilislərin böyük bir ticarət gəmisinə basqın düzənləyərək işğal etdi. Quldurlar gəmidə olan bütün yükləri zəbt edərək sağ qalan gəmi heyətini adaların birində düşürdükdən sonra həmin gəmini yandırdılar.
Qış düşməsinə baxmayaraq "Qara saqqal"ın dəstəsi quruya çıxmaq haqda düşünmürdü. Sanki bu adamlar belə bir ehtiyac hiss etmirdilər. Onlar münasib yolüstü sahillərin birində qısa müddətli dayanaraq su və digər zəruri ehtiyatlarını götürdükdən sonra Samans körfəzi istiqamətində hərəkətə başladılar. Məlumat üçün bildirim ki, həmin vaxtlarda - 1718-ci ildə Tiçin dəstəsində 300 -dən çox adam vardı.
Sent-Kristofer və Krab adaları yaxınlığında quldurlar bir neçə yeni qurbanları ilə qarşılaşdılar. Bu dəfə ingilis gəmiləri "Qara saqqal"ın əlinə keçdilər. Və bundan sonra Tiç özünün "dəniz qüvvələri"nə quruya çıxmaq göstərişini verdi. Onlar Şimali Karolina sahillərində o qədər də böyük olmayan Battaun şəhərciyinə gəldilər. "Qara saqqal" yaxşı bilirdi ki, 8 minə yaxın əhalisi olan bu şəhərdə lövbər salıb bir qədər dincəlmək onlara təhlükə yaratmayacaq. Bura həm də təbii relyefinə görə onun gəmiləri üçün yaxşı sığınacaq rolunu da oynaya bilərdi. Yəqin elə bu səbəbdən idi ki, Tiç bu şəhəri özünə sığınacaq kimi seçərək sonralar tez-tez bura üzüb gələrdi.
Dənizlərdə sözün əsl mənasında ağalıq edən Tiçin dəstəsinin "işləri" inanılmaz "parlaq" gedirdi. Hətta bu qorxunc dəniz qulduru haqqında əfsanələr hər yerdə danışılmağa başlamış, onun məğlubedilməzliyi haqda mistik nağıllar yayılmaqdaydı. 1718-ci ildə Honduras yaxınlığında Tiçin "dəniz qoşunları" kapitan Devid Herriotun komandanlığı altında olan bir ingilis gəmisi ilə üz-üzə gəldi.
Lakin bu dəfə dəniz vuruşması əvəzində qəribə bir hadisə baş verdi. Deyilənə görə, kapitan Herriot Tiçlə danışıqlara girib quldurlara qoşulmaq istədiyini bəyan etdi. Başqa bir versiyada bildirilir ki, "Qara saqqal" kapitanı onlara qoşulmağa zorla məcbur buraxıb. Lakin bu variant o qədər də inandırıcı görünmür. Çünki dəniz quldurları tələyə salınacaqlarından həmişə ehtiyat etdiklərindən dövlətin himayəsində qulluq edən bir kapitanı məcburi qaydada onlarla bir olmağı qəbul etməzdilər. Düzdü, növbəti dəniz vuruşmasından sonra "Qara saqqal" onun gəmilərdən birinə kapitanlığına son qoymuşdu.
Bundan sonra dəniz quldurları yollarına davam etdilər. Şərq istiqamətində kursu dəyişməyərək Kayman adalarının yanından keçərək irəlilədilər. Tiç hiss edirdi ki, irəlidə mütləq növbəti bir "ov" qarşılarına çıxacaq. İntiusiyası onu aldatmamışdı. Heç gözləmədikləri halda irəlidə Kubaya yük daşıyan bir ispan gəmisi göründü. Maraqlıydı ki, bu gəmidə ələ keçiriləndən sonra oradakıların əksəriyyəti quldurların sırasına qoşuldu. Qüvvələrini artıran "Qara saqqal"ın artıq toplarla təchiz olunmuş dörd gəmisi vardı. Həmin qələbədən sonra istiqaməti şimala doğru yönəldən dəniz quldurları Baqam adalarını keçərək Şimali Amerika sahillərinə yaxınlaşdılar.
1718-ci ilin may ayında "Kraliça Annanın İntiqamı" və daha üç iri quldur gəmisi Cənubi Karolinanın Çarlztaun şəhəri sahillərinə yaxınlaşdı və sakitcə lövbərlərini saldılar. Bura elə bir yer idi ki, onlar asanlıqla yaxınlıqdan keçən gəmilərə hücum qura bilərdilər. Yəni, başqa sözlə ifadə etsək, Tiç faktiki olaraq şəhəri blokadaya almaqla yanaşı dəniz yolunu da nəzarətə götürmüşdü. Edvardın təxminləri bu dəfə də özünü doğrultdu. Onların bir neçə gün səbrlə, səs çıxarmadan gözləmələri öz bəhrəsini verdi.
Quldurlar bir neçə gün ərzində bir-birinin ardınca nə az, nə çox 9 gəmini ələ keçirdilər. Özü də budəfəki qənimətləri digərlərindən çox fərqlənirdi. Belə ki, tutduqları gəmilərin bir neçəsində tanınmış, rütbəli sərnişinlər olduğundan Edvard Tiç onların hər birini böyük məbləğdə pul və özlərinə lazım olan mallar, o cümlədən tibbi ləvazimatlar, ən çox ehtiyac duyduqları dərmanlar müqabilində azad etdi. Belə demək mümkünsə, "Qara saqqal" indi inanılmaz bir sərmayə, var-dövlət sahibinə çevrilmişdi. Onun "dəniz qüvvələri"ndə isə indi dörd gəmi üzürdü.
Əlində imkanları böyüdüyünə görə məqsədləri də, iddiaları da genişlənmişdi. "Qara saqqal" başqa dəniz quldurlarının ağlına belə gətirmədikləri şeylər haqda düşünürdü. O yenidən gəmilərinin istiqamətini Şimali Karolinaya sarı çevirdi. Bioqraflar yazır ki, Edvard Tiç müxtəlif vasitələrlə Şimali Karolinanın qubernatoru Çarlz İdenlə əlaqələr yaradaraq rüşvət vasitəsi ilə onu ələ almışdı. Və bundan sonra onun qarət obyektləri də ikiqat artmışdı.
Əslində quldurlardan yaxşı pul alan Çarlz İden böyük bir gücə çevrilmiş bu adamlara qarşı durub özünü təhlükəyə salmaq istəmirdi. Onun üçün ən yaxşısı zahirdə özünü dövlətin vəzifəli şəxsi kimi göstərib gizlində quldurlarla işbirliyi saxlamaq idi. Deyilənə görə, bu iş birliyi o qədər sıx idi ki, Tiç hətta kimsədən çəkinmədən qubernatorun evinin yanında özünə bir ev də almış, gəmisini isə Okrakok adasının cənub sahilində saxlamışdı. Hətta "Qara saqqal"ın burada yenidən evləndiyi də söylənir.
Quldurların buradakı özbaşınalıqları, oğurluqları, insanları, evləri qarət etmələri əhalini boğaza yığmışdı. Çoxları qubernatorun bu xaosa niyə son qoymadığını başa düşmürdü. Amma bəziləri vəziyyətin nə yerdə olduğundan xəbərdar idi. Mövcud vəziyyətdən bezən sakinlər kömək üçün xəlvət şəkildə Virciniyanın qubernatorunun yanına nümayəndələrini göndərdilər. Qubernator quldurların cəzalandırılması üçün limanda yerləşən iki hərbi gəminin - "Mirvari" və "Lima"nın kapitanları ilə danışıqlar aparsa da naməlum səbəblər üzündən məsələnin öhdəsindən gəlmək mümkün olmadı.
Lakin bunun əvəzində qubernator "Mirvari"nin cəsur zabitlərindən biri Robert Meynardla razılığa gəldi. Bu razılığa əsasən Meynardın ixtiyarına bütün lazımi silah və hərbi ləvazimatlarla təchiz edilmiş iki gəmi veriləcəkdi. Və o, quldurların hegomonluğuna son qoyacaqdı. Və vaxt itirilmədən bunun üçün hazırlıqlara başlandı. Qubernator əlavə stimul yaratmaq məqsədiylə hər quldurun öldürülməsi və ya əsir alınması müqabilində pul mükafatı da təyin etmişdi.
Leytenant Robert Meynardın gəmiləri 1718-ci il 17 noyabrında limandan ayrılaraq dörd gündən sonra Okrakoka gəlib çatdı. O, artıq quldurların haralarda qərarlaşdığı haqqında dəqiq informasiyalar almışdı. Və bu əməliyyat haqqında quldurlara heç bir xəbərin çatmamsı üçün Meynard tədbirlər görməkdəydi. Tam məxfilik üçün yolboyu qarşılaşdıqları bütün gəmiləri, fərq qomadan nəzarətə alaraq hərəkətinə müvəqqəti yasaq qoyuldu. Leytenant çox yaxşı bilirdi ki, Edvard Tiçin sonuna çıxmaq üçün mütləq ona qəfildən, gözlənilmədən hücum etmək lazım idi...
(Ardı qəzetin 30 iyul sayında)
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

YENİ QURBANLAR...

GÜCÜN BÖYÜMƏSİ

ÇARLZTAUNUN BLOKADASI VƏ...

ƏLƏ ALINMIŞ QUBERNATOR

QULDURLARA QARŞI PLAN