Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Zaqatalaya yağan leysan yağışları bir sıra fəsadlar törədib.
Adalet.az xəbər ki, may ayının ilk günlərindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
May ayının 15-i axşam saatlarından rayon ərazisində yenidən yağıntılar intensivləşib. Gecə saatlarında dağlıq ərazilərə yağan leysan yağışları səbəbindən rayonun ən iri dağ çaylarından olan Böyük çay və Tala çaylarında suyun səviyyəsi həddən artıq çoxalıb.
Böyük çaydan qısamüddətli sel keçib. Çayın bəzi hissələrinin məcrasından çıxması səbəbindən Bəhmətli kəndinin bəzi fındıq bağlarını və həyətyanı sahələrini sel suları dolub. Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Lahıc və Bəhmətli kəndləri yaxınlığından keçən hissəsində avtomobillərin hərəkətində çətinliklər yaranıb. Tala çayında suyun həddən artıq çoxalması səbəbindən rayonun Höytala və Yolayrıc kəndlərinin əraziləri sel sularının basması təhlükəsi ilə üzləşib.
Hazırda müvafiq qurumlar əraziyə ezam olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar./apa
Digər Xəbərlər
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
15 Sentyabr 2026 11:52


Bakı -°C

