11 Oktyabr 2025 10:01
106
DÜNYA

Zaporojye atəşə tutulub - 2 ölü, 11 yaralı

Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətinin 14 yaşayış məntəqəsini atəşə tutması nəticəsində iki nəfər ölüb, 11 nəfər yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, sutka ərzində Zaporojye vilayətinin 14 yaşayış məntəqəsinə 679 zərbə endirilib.