11 Oktyabr 2025 13:49
321
MƏDƏNİYYƏT

 Müstəqil Azərbaycan İlham Əliyevin siyasətindən faydalanır

Azərbaycan xalqının dünyaya səs salan qəhrəmanlığl, iqtisadi gücü,tolerant ölkə kimi qonaqpərvərliyi onun imicini daha da formalaşdırır. Əksər dövlətlər Azərbaycanın flaqmanı, Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətinin uğurundan danışırlar. Məhz bunun nəticəsidir ki, dövlətimizə yaxınlıq, dostluq münasibətləri durmadan artır.

Bunu oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı da təsdiqləyir. Ölkə başçısı yüksək qonaqpərvərlik və tədbirin təşkilinə görə Tacikistan Prezidenti Emoməli Şərifoviç Rəhmona təşəkkürünü bildirib: “Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam.”

Bəli, Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafı qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.Gör üşdə İlham Əliyev humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərindən söz açıb. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, bu ilin iyununda Laçında "MDB-nin mədəniyyət paytaxtı İli" nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verilib.

Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi olublar. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Prezident İlham Əliyev deyib ki: “Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən - həm MDB üzvləri olan, həmdə qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi.

Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.” Fəxr edirik ki, müasir milli dövlət quruculuğu modelinin müəllifi Prezident İlham Əliyev Azərbaycan Respublikasını dünyanın ən qüdrətli dövlətləri ilə bir sırada duran dövlətə çevirib.

Bu gün Azərbaycan inkişaf etmiş böyük güclərlə birlikdə müştərək beynəlxalq layihələr həyata keçirir.Bütün bunlar fitri istedadla yanaşı, siyasi liderə xas olan ən mühüm keyfiyyətlərə malik yeni tip liderin dünyanın yeni obrazını formalaşdıran yaradıcı fəaliyyəti nəticəsində mümkün olub.

Adilə Səfərova,əməkdar mədəniyyət işçisi