Türkiyənin Qəzzadakı hərbi missiyası bəlli oldu

Türkiyə Qəzzada Həmas və İsrail arasında atəşkəsə nəzarət edəcək beynəlxalq işçi qrupunda fəal rol oynayacaq.
Adalet.az xarici mediaya istinadla xəbər verir ki, türk hərbçilərinin daxil olacağı bu struktur müxtəlif ölkələrin iştirakı ilə formalaşacaq və Türkiyə humanitar yardım, itkilərin qiymətləndirilməsi, atəşkəs rejiminin monitorinqinə cavabdeh olacaq.
İsrail və HƏMAS arasında atəşkəs razılaşması imzalanıb. Buna uyğun olaraq İsrail ordusunun geri çəkildiyi bölgələrdə ilk 72 saat ərzində hava nəzarəti dayandırılacaq. Həmçinin əsirlərin azadlığa buraxılmasının heç bir mərasim və ya mediada işıqlandırılmadan həyata keçiriləcəyi və prosesə ABŞ, Qətər, Misir və Türkiyədən ibarət birgə komitənin nəzarət edəcəyi açıqlanıb.
Türkiyə HƏMAS və İsrail arasında atəşkəsə sahədə nəzarət edəcək beynəlxalq işçi qrupunda fəal rol oynayacaq. Bu addım Türkiyənin 105 ildən sonra Fələstinə qayıtması və yeni bir səhifə açması olaraq xarakterizə edilir.
ABŞ, Qətər, Misir və Türkiyənin iştirakı ilə formalaşacaq strukturun təfərrüatları dəqiqləşməyə başlayır və bu prosesdə humanitar yardım, itkilərin qiymətləndirilməsi və atəşkəs monitorinqinin Türkiyə tərəfindən həyata keçiriləcəyi bildirilib. Bildirilir ki, atəşkəs prosesi üç mərhələli plan çərçivəsində həyata keçiriləcək. Türkiyənin də daxil olacağı bu struktura müəyyən qədər hərbi personal da cəlb edilsə də, ilk növbədə mülki şəxslərdən ibarət olacaq.
Qəzzada atəşkəsdən sonra yaradılacaq işçi qrupuna Türkiyə, Qətər və Misir rəhbərlik edəcək. Planın birinci mərhələsi olan humanitar komponentə yardım dəhlizlərinin açılması, Qəzzaya yardımın çatdırılması, infrastrukturun təmiri, dağıntıların çıxarılması və itkin cəsədlərin axtarışı daxildir. Siyasi mərhələdə “Qəzza Beynəlxalq Keçid Təşkilatı” (GITA) adlı yeni inzibati mexanizmin yaradılması gündəmdədir. ABŞ-nin Britaniyanın keçmiş baş naziri Toni Bleyri bu strukturun başına təyin etmək istədiyi iddia edilsə də, Türkiyənin bu ad və strukturla bağlı ehtiyatlı davrandığı və təklif edilən alternativ siyasi model üzərində işlədiyi bildirilir.
Planın son mərhələsində hərbi nəzarətə üstünlük verilir. Bu çərçivədə potensial təhlükəsizlik təşəbbüsü halında Birləşmiş Millətlər Təşkilatı (BMT) və ya NATO daxilində addımların atılması planlaşdırılır. Türkiyənin hər üç mərhələdə iştirak etdiyi, xüsusən də mülki koordinasiya və hərbi nəzarət proseslərində aktiv rol aldığı bildirilir. Türkiyənin BMT-nin əvvəlki sülhməramlı əməliyyatlarındakı təcrübəsi bu yeni işçi qrupu üçün əsas istinad kimi göstərilir.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB

İlham Əliyev və Putin bu planlara imkan vermədi - Arkov

Ərdoğan Qəzzaya GEDƏCƏK

Livan İranın yardımından imtina edib

"Putin üzr istəməsinə baxmayaraq öz ampulasındadır"

Belarus ordusunun döyüş hazırlığı yoxlanılacaq

KİV: Husilər İsrailə və Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırır
