Şimali Koreya qitələrarası ballistik raketini nümayiş etdirdi - FOTO

Koreya Xalq Demokratik Respublikasında (KXDR) hakim Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü tədbirləri çərçivəsində hərbi parad keçirilib.
Adalet.az xəbər verir ki, parad oktyabrın 10-da gecə saatlarında paytaxt Pxenyanın Kim İr Sen meydanında təşkil olunub.
KXDR-in Dövlət İşlərinin Sədri Kim Çen In, habelə yubiley tədbirlərində iştirak etmək üçün KXDR-də səfərdə olan xarici qonaqlar, o cümlədən Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam, Çinin Dövlət Şurasının sədri Li Çian, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev paradı izləyiblər.
Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı məlumatda deyilir ki, paradda yeni “Hwasong-20” qitələrarası ballistik raketi də daxil olmaqla bəzi silah və texnikalar ilk dəfə nümayiş olunub. “Hwasong-20” ABŞ-a zərbə endirməyə qadir raket hesab olunur. Paradda bundan başqa, hipersəsli raketlər, “Chonma-20” tankı, 155 millimetrlik haubitsalar da nümayiş etdirilib.
Digər Xəbərlər

"Putin üzr istəməsinə baxmayaraq öz ampulasındadır"

Belarus ordusunun döyüş hazırlığı yoxlanılacaq

KİV: Husilər İsrailə və Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırır

Türkiyənin Qəzzadakı hərbi missiyası bəlli oldu

HƏMAS: İsraillə əsir mübadiləsi bazar ertəsi başlaya bilər

ABŞ-Çin ticarətində yeni gərginlik: Tramp Çinə 100% gömrük rüsumu tətbiq edir

“Tramp Qəzza ilə bağlı razılaşmanı daha əvvəl əldə etsəydi...”
