İsrail Livanın cənubuna hava zərbələri endirdi

İsrail ordusu yenidən Livanın cənubuna hava hücumları həyata keçirib. Livan mətbuatının məlumatına görə, zərbələr, əsasən, əl-Museylih qəsəbəsinə endirilib. Hücum nəticəsində sənaye obyektləri dağılıb, bölgədə yollar bağlanıb.
Adalet.az xəbər verir ki, İsrail tərəfi açıqlamasında bildirib ki, hücumlar Hizbullah qruplaşmasının infrastrukturunu və istifadə etdiyi nəqliyyat vasitələrini hədəf alıb. Həmçinin, Hizbullahın bölgədəki fəaliyyəti səbəbindən atəşkəsin pozulduğu iddia edilib.
Qeyd edək ki, İsrail 2024-cü il noyabrın 27-də Livanla atəşkəs razılaşması imzalasa da, bu razılaşmanı indiyədək 4500-dən çox dəfə pozub. Rəsmi məlumatlara görə, bu hücumlar nəticəsində ən azı 283 nəfər həlak olub, 630 nəfər yaralanıb.
2023-cü ilin oktyabrından bəri İsrail və Hizbullah arasında qarşıdurmalar davam edir. İndiyədək Livanda 4000-dən çox insan həyatını itirib, təxminən 17.000 nəfər yaralanıb. Həmçinin, İsrail ordusu bəzi sərhəd kəndlərini nəzarətdə saxlayır.
Digər Xəbərlər

Belarus ordusunun döyüş hazırlığı yoxlanılacaq

KİV: Husilər İsrailə və Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırır

Türkiyənin Qəzzadakı hərbi missiyası bəlli oldu

HƏMAS: İsraillə əsir mübadiləsi bazar ertəsi başlaya bilər

ABŞ-Çin ticarətində yeni gərginlik: Tramp Çinə 100% gömrük rüsumu tətbiq edir

Şimali Koreya qitələrarası ballistik raketini nümayiş etdirdi - FOTO

“Tramp Qəzza ilə bağlı razılaşmanı daha əvvəl əldə etsəydi...”
