adalet.az header logo
  • Bakı -°C
15 May 2026 09:43
77
ŞOU-BİZNES
A- A+

“Yeraltı”dan ayrılır

Bu ilin ən çox müzakirə olunan televiziya layihələrindən biri olan “Yeraltı” mövsüm finalına hazırlaşır.

Adalet.az xəbər verir ki, “Medyapım” tərəfindən istehsal olunan serialın 16-cı bölümü ilə mövsüm finalı edəcək və 20 may tarixində yayımlanacaq.

Serial bu bölümdən sonra mövsüm fasiləsinə çıxacaq.

Ssenarisi Berna Aruz tərəfindən yazılan, rejissorluğunu isə Murat Öztürkün etdiyi layihədə əsas ayrılıqlardan biri də artıq dəqiqləşib.

Serialda “Kartal” obrazını canlandıran Cemal Hünal mövsüm finalı ilə birlikdə layihəyə vida edəcək.

Məlumata görə, Hünal qonaq aktyor kimi qatıldığı serialda hekayənin kritik nöqtəsində serialla vidalaşacaq. Bu ayrılığın ssenari daxilində gözlənilməz şəkildə baş verəcəyi qeyd olunur.

Serial komandasında başqa ayrılıqların da olacağı gözlənilir.