adalet.az header logo
  • Bakı -°C
13 May 2026 14:01
73
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “Bu hadisə bacıma çox pis təsir edib”

Əməkdar artist  Mətanət İsgəndərlinin bacısı Sevil İsgəndərlinin evində xoşagəlməz hadisə baş verib.

Adalet.az xəbər verir ki, müğənni  məhz bu səbəbdən efirə dəvət alsa da, proqrama qatılmayıb. Bu barədə Mətanət İsgəndərli efirdə danışıb:

“Bacım verilişə  gələ bilmədi. Evində heç də xoş hadisə yaşanmayıb. Oğurluq hadisəsi olub. Aidiyyəti orqanlar  baş verən hadisə ilə məşğul olurlar. Bacım indi polis bölməsindədir deyə efirə gələ bilmədi.  Evindən 16.000 Azn pul oğurlanıb.  Bu hadisə bacıma çox pis təsir edib. Əhvalı qətiyyən yaxşı deyil”.

Əntiqə