“ABŞ və Çin açıq şəkildə üz-üzə gəlmirlər...”
“ABŞ və Çin öz aralarındakı siyasi sahədəki fikir ayrılıqlarını açıq dilə gətirmirlər. Çünki Çin pərdə arxasındakı gücdür. Belə ehtimallar var ki, Suriya hadisələrində, HƏMAS və İran hücumlarında, hətta Rusiyanın Ukraynaya açdığı cəbhənin kölgəsinde Pekin var. Son illərdə isə Çin Yaxın Şərqdə qızışan nüfuz savaşında gizli şəkildə iştirak edir”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
“Bütün bunlara baxmayaraq ABŞ və Çin açıq şəkildə üz-üzə gəlmirlər. Mövcud ziddiyyətləri iqtisadi əməkdaşlıq yolu ilə aradan qaldırmağa çalışırlar. Əslində bu, Çinin çox uğurlu siyasətidir ki, dünyadakı bütün toqquşmalardan (Rusiya-Ukrayna, ABŞ-İran və s.) ağıllı şəkildə öz iqtisadi maraqları üçün istifadə edir. Donald Trampın Çinə iki günlük səfərində də əsasən iqtisadi münasibətlər müzakirə olunacaq. ABŞ nümayəndə heyətində İlon Mask və Tim Kuk kimi məşhur texnologiya ulduzlarının yer alması onu deyir ki, bu sahədə əməkdaşlıq məsələsi ön planda olacaq”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Iyun 2026 11:44
Zahid Oruc: Qurtuluşdan Zəfərə gedən yol Azərbaycanın dövlətçilik tarixini dəyişdi
12 Iyun 2026 11:43
Milli Məclisdə ötən ilin dövlət büdcəsi müzakirə olunur
12 Iyun 2026 11:20
Sahibə Qafarova: Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni böhrandan çıxardı
12 Iyun 2026 11:18
Əliyev Putini təbrik etdi
12 Iyun 2026 11:14
Milli Məclis Prezident və xanımını təbrik etdi
12 Iyun 2026 11:12
İlham Əliyev Filippin Prezidentini təbrik edib
12 Iyun 2026 11:05
Parlamentdə növbədənkənar sessiya: 10 məsələ müzakirəyə çıxarılır
12 Iyun 2026 11:00


Bakı -°C

