adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

TOFİQ ABDİN
35166 | 2013-04-27 00:40
"Altmışıncılar"dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimizkimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdırandeyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətinbütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altmışıncıilləri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamdaintibah illəri kimi yaddaşlara həkk olunub.

Məsələn,sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat vəya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adlarıortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil tərəfindən heç dəkönül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcəonlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

ƏslindəAzər Abdulla bu yazarlar üçün bir tarix yaradır (bax: bir öncəki yazımız) və bu tarix bir kitabxana kimi bir şeydir.Hər zaman əlinin altındadır bu sözlər, bu fikirlər, bu yazılar və Azər bufikirləri toplamaq üçün çox çətinlik çəkir, bunu mən gözəl bilirəm, çünkiqəzetçilik və bir zamanlar sorğu almaq durumundan anlayıram ki, bir yazarhaqqında neçə-neçə adamın (daha doğrusu? hər dəfə otuz, qırx, bəzənsə əlliadamın, bu sayı ondan bilirəm ki, bir zaman Azər mənim haqqımda da bir xüsusiburaxılış hazırlamaq sevdasına düşmüşdü və bunu həyata keçirmək üçün bir zamanyaxın olduğum, indi böyük vəzifələr sahibi bir insanın ona yardım edəcəyinidüşünüb bu işin altına girmiş və sevda-sevda olaraq qalmış) fikrini yığmalıdır,bu siyahıya baxanda adamın gözləri qaralır. İndi gəl sən bu adamların"saqqalının altından keç", onlardan bir kəlmə al görüm necə alırsan.Haqqında yazılan yazarı birisi sevir, birisi sevmir. Gəl anla görüm. Bəzən sərtşeylər deyənlər də olur. Mən bilən Azər bütün bunları udur və "OğuzEli"nin əlavəsi olaraq, dostu, yazar Əli Həsənli ilə bizim yazarlarımızhaqqında çox gözəl və məzmunlu əlavələrhazırlayır ki, bu əlavələr gələcək tədqiqatçılar üçün gözəl bir qaynaqdır.

PƏRÇİM. BİR

BAŞQAYAZIDAN:

-Heç zamanöz əsərlərinin təbliği ilə maraqlanmadın. Lap gəncliyindən bəri bunu eləmədin.Bu yaxşıdımı, pisdimi və indi də bir kitabın çapdan çıxanda sıxıla-sıxıla deyirsən ki, bəlkə bu kitabhaqqında, bir qəzetdə, "525-də", məsələn, bir xəbər yazılsın. Sənbilən, yazılsa nə olacaq?

-Təbliğolunmaq üçün ya gərək çoxlu pulun, yaxud yüksək vəzifən, ya da tanınmışarxa-köməyinlə birgə, həm də iddialı olmalı, bir az da yarınmağı bacarmalısan.Bunların biri də məndə olmadığından, dediyin kimi təbliğ olunmaq haqqındadüşünməmişəm. Mənimlə müqayisədə sən öz təbliğinlə daha çox məşğul olmusan, aravermədən hər həftə iki qəzetin hərəsində bir səhifəni yazıyla doldurmaq asanməsələ deyil, bunu zəhmətinin, çalışqanlığının hesabına etmisən, publisistyazılarını bir kitaba yerləşdirmək olsaydı, o kitabının qalınlığını ölçmək üçünmetr gərək olardı, bəzən ədəbiyyata dəxli olmayan televiziya verilişlərindəgörünür, yadda qalmağa çalışırsan, yetmişi haqlasan da əməkdar mədəniyyətişçisi adından başqa nə qazanmısan... Halbuki sənə neçə illər öncədən, ənazından əməkdar incəsənət xadimi adıverilməliydi. Çünki əlin qələm tutandanbu günəcən incəsənətimizi, mədəniyyətimizi təbliğ eləmisən, bunu umduğunu dahiss edirəm.(?????????? suallar mənimdi T. A.)

-Bəyəmsənin umacağın yoxmu, heç kim də bilməsə, mən bilirəm, 1996-cı ildən bu yanabir yerə qol çəkib maaş almadan hər gün nizam-intizamla "Oğuz Eli "qəzetinin redaksiyasına gedib hansı inam, hansı sevgiylə qəzetin"YAZIÇI" adında ayrıca buraxılışlarını hazırlayırsan, iyirmi ildənbəri məzuniyyətin - istirahətin nə olduğunu, müalicəyə gedə bilmədiyini,dərmanlar almağa imkanın olmadığını mənə demisən. İndi mənimlə niyə beləqeyri-səmimi danışırsan, sənin umacağın yoxdursa, niyə mənə giley-güzar edirdin?..

-Tofiq,söhbətimizdən ŞOU qoxusu gəlir. Fərdi təqaüd, ad almaq istəyən artistlərin,müğənnilərin danışığına bənzəyir. Suallarına bir şərtlə cavab verirəm,müsahibəni, yəni elədiyimiz söhbəti çap elətdirmə, arxivində qalsın, yaxşımı?

YAZIYADAVAM

Mənbilmirəm, Azərin hazırladığı o əlavələr daha hansı dəyərlərə malikdir, amma buəlavələr çox dərdli hazırlandığı üçün ( yəni Azər bu yaşında neçə-neçə adamatelefon açır, bayaq dediyim kimi) dəyərsiz şeylərdir. Bunun nə demək olduğunubilənlər bilir və Azər hər zaman öz zövqüylə oturub durmur, bəlkə də zorlanıbistiqamətini dəyişir. Bu da bəzən onun özündən asılı olmadan ortaya çıxır.

Onunhazırladığı bir çox əlavələr mənim əlimin altındadır və mən onları zaman-zamanoxuyuram və Azərin özünün bu əlavələrə yazdığı yazılar həqiqətən daha etibarlı,daha sanballı, daha məntiqli, daha səlis və açıq olur. Doğrudur, yaradıcı adamheç zaman özünü tam ifadə eləyə bilmədiyi üçün Azər də bəzən "içinin"dərinliklərinə enə bilmir, buna heç ehtiyac da yoxdur. Belə məqamlarda özünüqınasa da yeganə təsəllisi zamandır və zaman ayarında onun yazılarınınağırlığı məhz onun özünə məxsusdur.

Busayılarda yazarlarımızın xarakteri və onların yaradıcılıqlarının xarakteri son dərəcə ustalıqla açılır və Azər hərdəfəsində bir ayrı yazarın tam portresini yaratmaqla çox zaman da təkrardançıxmağa çalışır və hətta tərtibatlarda da Azər aparıcı olduğu üçünrəngarəngliyə də fikir verirg

Yox, AzərAbdulla çox sağlam və çox gərəkli bir iş görür. Nazim Hikmət, Rəsul Rza, ƏnvərMəmmədxanlı, Sabir Əhmədli, İsa Muğanna, Anar, Yusif Səmədoğlu, VaqifSəmədoğlu, Çingiz Aytmatov, Şəhriyar, Oljas Süleymenov, Ramiz Rövşən, ZəlimxanYaqub, Vaqif Bayatlı Odər, Şahmar Hüseynov, Paşa Qəlbinur, Məmməd Oruc... vəneçə-neçə yazar haqqında olan buraxılışlar (bu vaxtacan 63 sayda) hər biryazıçının kitabxanasını zənginləşdirəcək qədər maraqlıdır.

AZƏRABDULLANIN

ÜSYANI

"Yazıçılar,sənət adamları, dünyaya ona görə gəlirlər ki, xalq üçün nəsə yaratsınlar, xalqda onları dəyərləndirsin. Bəzi yazıçılar var, onları görmürlər. Mən siyasətçiolsaydım, bu tədbirə yığışanların hamısını Prezident aparatının qabağına aparıbpiket keçirərdim ki, Sara xanımı görsünlər və bilsinlər ki, o, bu yaşındakirayəçi yaşayır. Mən səlahiyyətli adamların yerinə xəcalət çəkirəm. Onlarınünvanına qınağımı göndərirəm."

Bu da AzərAbdulladır.

Sitat"Politika" qəzetinin 12-18 aprel tarixli sayısından yazar Ceyhununreportajından götürülmüşdür. Reportaj Nizami adına İnstitutda Yazar Sara Oğuzahəsr olunmuş kitabın tanıtımı barədədir.

PORTRECİZGİLƏRİ

Təbii, Azər Abdulla da bir yaş həddinə gəldi. Onunhaqqında yenə də eşidirəm ki, O DÜZƏLMƏZ. Bu doğru. Amma mən onun əyriliyindədə bir şeylər görmədim.

AzərAbdullaya deyirəm; "Sən mənim haqqımda gözəl bir portre yazdın. Həttakiminsə sənə söylədiyi bəzi şeyləri də ora əlavə elədin. Və mən hələ də onuoxumadım. Sənsə buna inanmadın. Bax, mənə də icazə ver sənin haqqında ədalətsizolduğun məqamları yazım. Nədən o saat əsəbiləşirsən və söyüş söyürsən. Məsələn,illər öncə "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbasın kiçikqonaqlığında mənə ƏCLAF deyə bağırdın. Halbuki o anda mən buna tuş deyildim.

Azər Abdulla,bir çox məqamlarda sənin işlərinin gətirmədiyini bilirəm. (Bunu sənə deyim ki,çoxları sənin işlərinin mənimkindən daha irəli olduğunu da deyirlər.) AmmaAllahın verdikləri ilə razılaşman gərəkdir. Bax, o gün məni Nəşriyyatda otağınadəvət elədin. Əfəndim, mübarək bu otağın. Və otağının qapısını üstündəki"OĞUZ ELİ" sözü qədər ömrün olsun.

Salyanı subasdı deyirsən. Bunun da suçunu aparıb rayonun başçılarına yükləyirsən. Kürboyunca divar çəkmək olardı deyirsən... Əlli il bundan qabaq da Kürün daşıb Salyanı,Neftçalanı basdığını eşitmişdim. İldə Kür boyunca yüz, iki yüz metr hasar çəkməyə hər rayonun gücüçatmazdımı? Hələ Fövqəladə Hallar Nazirliyini demirəm, deyirsən...

-Ola bilər.Amma deprəm kimi, zəlzələ kimi su daşqını da Allahın yazısı kimi bir olaydır. "Zəngəzuru itirmək,Mığrını itirmək Allahın yazısı deyil" dediyimdə nədən gözümüçıxarırsan?"

AzərAbdulla 2002-ci ildə Türkiyədə keçirilən Nazim Hikmətin 100 illik yubileyindəiştirak etmək üçün seçilən yaradıcılardan biri idi. Pasport da aldı, bilet dəaldı, amma son anda gedə bilmədi. Nədən? Səbəbini bu gün də bilmir. Bax, bunadeyərlər bəxtin gətirməməyi!

Mən buyazını hazırladığım günlərdə ( 23 aprel 2003) Azər otağıma gəldi və bir biletgöstərdi; "Türkiyəyə gedirəm. Ədəbiyat günlərinə".

URA!!!!!!!!URA!!!!!!!!!!

TELEFONLAKİÇİK SORĞU

-Azər, sənədəbiyyata şeirlə gəldin, mən bilən, nədən sonradan bəs nəsrə keçdin? Təbii,bir çox yaradıcının başında bu var. Ammaindiki məqamda səninlə söhbət edirik.Nədən bu belə oldu?

-Nəsr ağırşeydir, Tofiq!

-Tamam,bunu bildik, bax, sən nəsr əsərləri yazdın, bəs onda təzədən nədən şerəqayıdırsan, bu nədir, məni bumaraqlandırır?

-Qayıtmısandeyəndə ilham ki, gəldi ikisi də olur.

-Bax, sənşeir yazırsan, nəsr yazırsan, sonrapublisistik yazıların da olub zamanında, indi məni başa sal görüm, bujanrlardan hansında sənin adın çəkiləndə içində bir rahatlıq, bir razılıq olur?

-Mənə eləgəlir, yazıçılıq sözünün tutumu daha böyükdür. Avropada, Amerikada şairlərinqatarı artıq ötüb keçib, şairlik öz sanbalını, əski qüdrətini itirmək üzrədir.Amma hələ bizdə şairlik böyük nüfuza malikdir, bu hələlik bizdə belə görünür.Amma, bir həqiqət var, kimə şair deyirsən o daha çox məmnun olurg

-Bax,Azər, elə yazarlar olub, onlar yazar kimi artıq daşlaşmışlar,yazar kimi də bu xalqın tarixindəqalacaq və bir də görürsən onlar da keçib şeir yazıblar. Onları bu şeir yazmağaşövqləndirən nədir? Axı, nədir?

-Əslindəbunu daha açıq belə demək olar: elə mövzular var, onları yalnız nəsrdə yazmaqolar, elə mövzular da var, şeirlə yazmaq olar. Mən bunu belə də izah edəbilərəm: bu yaşla bağlı da ola bilər. Nəsr çox fiziki güc tələb edir və onagörə də onlar keçirlər daha çevik bir janra, şerə. Nəsr çox ağır şeydir, çoxağır, bunu sən də bilirsən. Amma bunu da unutmaq olmaz ki, gözəl, qüdrətli şeiryazmaq çətin məsələdir...

-Demək beləçıxır ki, şeir məzələnmə kimi bir şeydir. Şairlər öz oxucuları iləməzələnirlər. Keyf eləyirlər ki, biz şeir yazırıq. Siz də bundan ləzzət alıbkeyf eləyin, yəni belə çıxır ki, şairlər bizi dolayır?

***

Gün aydınTofiq!

Sabahlarınxeyrə açılsın. Necəsən?

Yəqin ki,səhərin gözü açılmamış bilgisayarın arxasına keçmisən. Yaxşı, indi de görümyetmişinci illərdə "jiquli"nin sükanı arxasında özünü xoşbəxt, gözəl,ilhamlı sayırdın, yoxsa bu hissiz, həyəcansız, tiyəktəkin cazibədarbilgisayarın? Hayf, hayf Tofiq bəy, hayf sənin yetmişinci illərdəki unikalpoetik duyğularını məhv etdi bilgisayarlar, maşınlar səndəki əlçatmazduyğuları, əsəbiləşmə Tofiq bəy. Söhbət məndən yox, səndən gedir. Bu dünyadaçox şeyləri bəlkə hamıdan tez və öncə sən bildin. Ancaq günlərin bir günündəöləcəyinə, bir də dünyada heç bir şeyin gizli qalmayacağına, hər şeyin ömrəyazıldığını və haçansa bunların nöqtəsindən vergülünədək oxunub aşkarlanacağına- faş ediləcəyinə inanmadın. Belə-belə işlər Tofiq bəy! Mən ölüm Tofiq bəy, düzünüde, bu yaşında aşiq olmaq gözəldir, yoxsa bilgisayar arxasında əyləşmək?...

Xoşca qal.

Sayğılarımla,Azər Abdulla.

Tofiq Abdin

[email protected]

www.tofigabdin.com

TƏQVİM / ARXİV