Hacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Əmək yarmarkası təşkil olunub.
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən 15 noyabr 2023-cü il tarixində Hacıqabul rayonunda 11 işəgötürənlə birgə əmək yarmarkası təşkil olunub.
Adalet.az xəbər verir ki, tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak etmişdir. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran şəxslərə 150 sayda boş iş yerləri (əməkhaqqı 350-1200 manat aralığına) təqdim olunub.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 318 nəfər vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilmişdir. Cəlb edilmiş şəxslər sirasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşdur.
Digər Xəbərlər
06 Aprel 2026 17:40
İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı
06 Aprel 2026 17:12
Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
06 Aprel 2026 13:54
Heydərov bu dəfə sürüşmə təhlükəsi olan ərazidə - VİDEO
06 Aprel 2026 11:20
Azərbaycanda bu şəxslər eyni maaş alacaq - Yeni tələb
06 Aprel 2026 09:46
Kommunal xidmətlər səfərbər oldu: İntensiv yağışların fəsadları aradan qaldırılır - FOTOLAR
06 Aprel 2026 09:39
ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama
05 Aprel 2026 20:27
Keşlə qəsəbəsində qəzaya səbəb olan evin sökülməsinə BAŞLANILDI - VİDEO
05 Aprel 2026 10:12


Bakı -°C

