Qəhvə sevənlər bunu mütləq oxusun
Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər.
Alimlər bildiriblər ki, kofein təkcə beyinə təsir göstərmir.
Adalet.az bizim.media-ya istinadən bildirir ki, dünyada ən geniş yayılmış neyroaktiv maddələrdən biri olan kofein diqqəti artırmağa və yuxululuğu azaltmağa kömək edir. Bununla yanaşı, onun hüceyrə qocalması və yaşla əlaqəli xəstəliklərlə mümkün əlaqəsi də araşdırılır.
Tədqiqat çərçivəsində alimlər bölünən maya hüceyrələri üzərində bir sıra təcrübələr aparıblar. Nəticələr kofeinin hüceyrənin enerji stresinə reaksiyasını tənzimləyən sistemə təsir etdiyini göstərib.
Araşdırmaya əsasən, kofein AMPK adlı fermenti aktivləşdirir. Bu ferment hüceyrənin enerji səviyyəsini izləyən və enerji çatışmazlığı və ya stress zamanı onun fəaliyyətini yenidən tənzimləməyə kömək edən bir növ "enerji sensoru" kimi çıxış edir.
AMPK-nın aktivləşməsi DNT-də yaranan zədələrin bərpası və maddələr mübadiləsinin tənzimlənməsi ilə də əlaqələndirilir.
Alimlər qeyd ediblər ki, AMPK zülalı təkcə mayalarda deyil, insanlarda da mövcuddur. Buna görə də aşkarlanan mexanizm gələcəkdə qocalma proseslərinin öyrənilməsi baxımından əhəmiyyət daşıya bilər.
Bununla belə, tədqiqatın nəticələri kofe içməyin insan ömrünü uzatdığını göstərmir. Araşdırma maya hüceyrələri üzərində aparılıb və birhüceyrəli orqanizmlərdə əldə olunan nəticələri birbaşa insanlara şamil etmək mümkün deyil.
Tədqiqatçılar hesab edirlər ki, aşkar edilən mexanizm yaşla bağlı dəyişikliklərin qarşısının alınması, qidalanma strategiyaları və potensial dərman vasitələrinin hazırlanması istiqamətində gələcək araşdırmalar üçün yeni imkanlar yarada bilər.
Digər Xəbərlər
07 Oktyabr 2026 15:20
Yeni nəsil linzalar eynəkdən asılılığı azaldır
06 Oktyabr 2026 07:49
Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
05 Oktyabr 2026 16:17
Nazirlik taunla bağlı məlumat yaydı
05 Oktyabr 2026 13:02
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
05 Oktyabr 2026 12:29
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
05 Oktyabr 2026 12:22
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
05 Oktyabr 2026 10:18
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
04 Oktyabr 2026 18:08


Bakı -°C

