“Vilayət Eyvazova müraciət etmişdim, dərhal reaksiya verildi”
“Bir neçə saat əvvəl daxili işlər naziri Vilayət Eyvazov cənablarına müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilməklə, məni narahat edən halların aradan qaldırılması polis əməkdaşları tərəfindən təmin olundu”.
Adalet.az xəbər verir ki, bunu Əməkdar jurnalist Afət Telmanqızı mənzilinin kirayəşin tərəfindən qarət edilməsi ilə bağlı operativ reaksiyaya görə DİN rəhbərinə təşəkküründə bildirib.
“İnsanı məmnun edən dəyərlərdir, qayğıdır. Bu gün bu dəyərin, qayğının, göstərilən münasibətin bir daha şahidi oldum. Müraciətimə diqqətli yanaşıldığına görə təşəkkür edirəm!”, - deyə, o sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, ötən gün Afət Telmanqızı Şəmkir rayon sakini Aygün Cavadova adlı şəxsin yanvarın 15-dən kirayənişin kimi evinə yerləşdiyini, qısa müddət sonra kompüter, planşet, telefon və digər əşyalarını oğurlayaraq qaçdığını açıqlamışdı. O, məsələ ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub ünvanlamışdı.
Digər Xəbərlər
23 Sentyabr 2026 10:40
Bakının real əhalisi nə qədərdir, 2,3 milyon, yoxsa 4 milyon? - Tıxacın rəqəmlərlə görünən tərəfi
23 Sentyabr 2026 10:11
“28 May”-“Nizami” arasında nə dəyişəcək? - Detallar açıqlandı
23 Sentyabr 2026 10:04
DYP çağırış etdi
23 Sentyabr 2026 09:35
Bu marşrutun hərəkət sxemi dəyişdirildi
22 Sentyabr 2026 23:11
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
22 Sentyabr 2026 22:15
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı - YENİLƏNİB
22 Sentyabr 2026 20:43
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar - FOTOLAR
22 Sentyabr 2026 19:23


Bakı -°C

