Vergi siyahı açıqladı: Növbə kimindir?
"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Məlumatın açıqlanması könüllülük prinsipinə əsaslansa belə siyahının elan edilməsi şəffaflığın artırılması baxımdan təqdirəlayiqdir və müsbət haldır".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, oxşar praktika əksər dövlətlərdə tətbiq olunur:
"Bir sıra ölkələrdə bu imperativ xarakter daşıyır. Belə siyahının açıqlanması eyni zamanda hansı şirkətlərin daha şəffaf olması və eləcə də onların ölkə iqtisadiyyatına töhvələrini müəyyənləşdirmək baxımından vacib idi. Əksər inkişaf etmiş ölkələrdə bu həmçinin istehlakçıların davranışına da təsir göstərir. İstehlakçılar daha şəffaf şirkətə üstünlük verir. Dövlət Vergi Xidməti tərəfindən növbəti siyahı açıqlanan zaman ümumi yüzlük deyil, siyahıların "qeyri-neft" və "qeyri-dövlət"rə qruplaşdırılması məqsədəuyğun olardı. Vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var".
Deputat qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) vasitəsi ilə vergi ödəyicilər üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı:
"DSMF-ə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhvə verdiyini göstərə bilər. DGK vasitəsi ilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımdan vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar".
Digər Xəbərlər
02 Oktyabr 2026 11:00
Bu hədəfin reallaşması Azərbaycana nə qədər valyuta gətirəcək?
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53
“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
01 Oktyabr 2026 09:57
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
30 Sentyabr 2026 17:19
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
30 Sentyabr 2026 16:38


Bakı -°C

