Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? - Ən sağlam yuxu pozisiyası bəlli oldu
Üzüstü, arxasıüstə və ya böyrü üstə... Günün yorğunluğunu çıxarmaq üçün yatağa girəndə seçdiyimiz duruş şəkli bütün sağlamlığımıza birbaşa təsir edirmiş. Mütəxəssislərin "bədəni əslində yeniləyən tək pozisiya" adlandırdıqları həmin yatmaq forması və edilən ən böyük yuxu səhvi açıqlanıb.
Adalet.az xəbər verir ki, səhərlər yataqdan yorğun qalxır, səbəbsiz bel, boyun və kürək ağrılarından əziyyət çəkirsinizsə, problem yatağınızda deyil, yatmaq tərzinizdə ola bilər. Yuxu pozuntuları, onurğa sağlamlığı və nevrologiya mütəxəssisləri insan bədəninin gecə boyu özünü bərpa edə bilməsi üçün ən ideal pozisiyanı araşdırıblar. Aparılan tədqiqatlar əhalinin böyük bir hissəsinin fərqində olmadan bədənə zərər verən pozisiyalarda yatdığını ortaya qoyub.
Üzüstü yatanlara qorxudan xəbərdarlıq
Araşdırmalarda ən çox xəbərdarlıq edilən pozisiyaların başında üzüstü yatış gəlir. Mütəxəssislər üzüstü yatmağın onurğanın təbii əyriliyini tamamilə pozduğunu və boyun əzələlərinə həddindən artıq yük saldığını vurğulayırlar. Gecə boyu nəfəs ala bilmək üçün boynu tək bir tərəfə çevirmək zamanla xroniki yırtıq riskini artırır və daxili orqanlara da təzyiq göstərir. Arxasıüstə yatış isə onurğanın düzgün yerləşməsi üçün ən ideal seçimlərdən biri hesab edilsə də, xorultu və reflü şikayəti olanlar üçün böyük risk daşıyır.
Ən sağlam pozisiya bəlli oldu
Nevroloqlar, ortopedlər və qastroenteroloqların ortaq rəy bildirdiyi "ən sağlam yuxu pozisiyası" sol tərəfə dönük yatış olaraq elan edilib. Sol böyrü üstə yatıb yuxulamaq ürəyə gedən əsas damarlardakı təzyiqi azaldaraq qan dövranını yaxşılaşdırır, mədə turşusunun qida borusuna qaçmasının qarşısını alır və mədənin fəaliyyətini təbii anatomik axınına buraxır. Digər tərəfdən, beyindəki zərərli tullantıların və bədəndəki limfa mayesinin gecə boyu təmizlənməsini sürətləndirir.
Belə yatanlar gecə boyu yenilənir
Mütəxəssislər sol böyrü üstə yatan şəxslərin səhərlər daha gümrah və ağrısız oyandıqlarını qeyd edirlər. Əgər sağ tərəfə və ya üzüstü yatmağa öyrəşmisinizsə, dizlərinizin arasına kiçik bir yastıq qoyub sol böyrünüzə keçməklə bu sağlam vərdişə bir neçə gün ərzində uyğunlaşa bilərsiniz.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:44
Qəhvə sevənlər bunu mütləq oxusun
03 Oktyabr 2026 11:35
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
03 Oktyabr 2026 10:23
Gündə 10 min addım qaydası süqut etdi
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43
Tükənmişlik sindromu yaşayanlar oxusun
30 Sentyabr 2026 15:22


Bakı -°C

