adalet.az header logo
  • Bakı -°C
02 Oktyabr 2026 15:36
30
SAĞLAMLIQ
A- A+

“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Ölkəmizdə ictimai səhiyyənin aktual problemlərinə və inkişaf perspektivlərinə həsr olunan konfransda dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, səhiyyə və tibb işçiləri, tanınmış şəxslər iştirak ediblər. 

Konfrans çərçivəsində İSİM tərəfindən ictimai səhiyyənin aktual mövzularına dair müxtəlif illərdə görülən işləri əks etdirən foto və çap materiallarındanibarət sərgi nümayiş olunub.

Ölkəmizdə ictimai səhiyyə bazasının formalaşma tarixindən və keçilən şərəfli yoldan bəhs edən “Azərbaycanda ictimai səhiyyə: keçilən yol və gələcəyə baxış” adlı video-çarx nümayiş olunub.

Rəsmi hissənin yekununda Səhiyyə Nazirliyi İnsan resursları və təhsil şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Könül Səlimova İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 20 illik yubileyi münasibətilə və səhiyyə sahəsində səmərəli fəaliyyətlərini nəzərə alaraq bir qrup İSİM əməkdaşlarının təltif olunması ilə bağlı səhiyyə naziri Teymur Musayevin müvafiq Əmrlərini diqqətə çatdırıb. 

Səhiyyə sahəsində səmərəli fəalliyyətləri nəzərə alınaraq, İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev, Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva və Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunublar. 

Nazirin digər Əmri ilə Mərkəzin 10 əməkdaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif ediliblər. 

Səhiyyə nazirinin müavini Nadir Zeynalov təltifləri təqdim edərək hər birinə fəaliyyətində yeni uğurlar arzulayıb. 

Konfransın elmi hissəsində səhiyyənin aktual məsələləri üzrə müxtəlif tədqiqat və layihələr təqdim olunub. 

Sonda ictimai səhiyyə üzrə ölkəmizdə görülən işlər üzrə fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.