"Uzunmüddətli proqnozları dəqiq vermək olmur" - Sahib Məmmədovdan deputata cavab
"Dünyada baş verən çətin iqtisadi proseslər fonunda və mürəkkəb bir vəziyyətdə orta müddətli və uzunmüddətli proqnozları dəqiq vermək mümkün olmur".
Adalet.az bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. Nazir müavini bildirib ki, beynəxalq maliyyə qurumları da bu şəraitdə öz proqnozlarına yenidən baxır:
"Lakin həyata keçirilmiş genişmiqyaslı və çoxşaxəli yeni nəsil islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatında aparılan hesablamaların özünü doğrultduğunu deyə bilərik. Cari ilin doqquz ayında neft-qaz sektorunda real ÜDM-in 1,5 % azalmasına baxmayaraq, qeyri-neft və qaz sektorunda iqtisadi artımın 3 % təşkil etməsi ümumi iqtisadi artıma müsbət təsir edib. Bu ilin doqquz ayında əvvəlki illə müqayisədə ÜDM-in 0,8 % artması neft hasilatının azalmasının təsiri altında formalaşıb. İqtisadiyyat Nazirliyinə təqdim edilən məlumatlara görə, cari ilin sonuna kimi neft hasilatında mənfi dinamika davam edəcək. Bu amil nəzərə alınmaqla, eyni zamanda qeyri-neft və qaz sektoru üzrə müxtəlif təşkilatların sahələr üzrə təqdim etdikləri son illik proqnozlar da əsas gətirilməklə cari ilin sonuna İqtisadiyyat Nazirliyi iqtisadi artım tempini 1,9 % səviyyəsində gözləyir. Təbii ki, bu məsələlər hesablanarkən aidiyyəti qurumlarla müzakirə olunur, razılaşdırılır və təqdim edilir”.
Qeyd edək ki, deputat Əli Məsimli Azərbaycanda dövlət büdcəsi ilə bağlı bir sıra proqnozların özünü doğrultmadığını bildirib.
Digər Xəbərlər
19 Dekabr 2025 17:29
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək
19 Dekabr 2025 15:42
Neft məhsullarının ilk partiyası Ermənistana çatdı
19 Dekabr 2025 13:46
Elektron siqaretlərlə bağlı qadağanın bu tarixdə qüvvəyə minməsi təklif olunur
19 Dekabr 2025 13:40
Elektron siqaretlər üçün yeni aksiz dərcələri müəyyənləşir
19 Dekabr 2025 13:09
Azərbaycanda bu cərimələr 10 dəfəyə qədər artırlır
19 Dekabr 2025 12:35
Kənd təsərrüfatı sahəsində tikinti ilə bağlı yeni qayda
19 Dekabr 2025 12:35
Bu informasiyanın internetdə yayılması qadağan ediləcək
19 Dekabr 2025 10:36


Bakı -°C

