adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Avqust 2016 15:25
26514
ƏDƏBİYYAT

Ünvansız Məktub

Hər şeyi zaman buraxmalıydı əslində. Heçvaxt ağlına belə gəlməzdi ki, əsirlikdə qan-rəzalət görəcək. Yurdum insanın təkölmək istəyində olduğu, ölə bilmədiyi, allahdan ümidlərinin kəsildiyi birməkanda idi. Savadsız, dul, yoxsul, bir də parçalanmış arzuları vardı. 45 illikömründə nə bəxtəvər olmuşdu, nə də gözü yalın. Sakit ömür sürürdü. Baxmayaraqki, heç vaxt onun üçün yaxşı hadisələr olmurdu, qısası allahın "unutduğu”şanssız bəndələrindən biridir. Gec yaşlarında ailə qurması, övlad qoxusualmadan həyat yoldaşını yenicə başlamış Qarabağ döyüşlərində Ağdərədə itirməsi…– Bilirsən dost bunlar bir yazıçının sadəcə uydurması ola bilər amma gəl etirafedək ki, hekayəyə inanırsan. Şüurun bunu qəbul edirsə deməli mövcud olanıyazmışam. Əlqərəz, dramatik səhnələri sevmirəm lakin gərəkdir ki, oxucudanifrət hissi yaradım, onsuzda 19.99% torpağımız heç bir vəchlə sülhə qane olasıdeyil. 9.5 MİLYON ƏHALİ YAXŞI bilir ki, bizim həmkəndlilərimizə tanışlarımıza,qohumlarımıza və kimlər kimlərimizə nələr nələr ediblər. Qalanını özününüzdüşünüb açmasını taparsınız. İstəsəniz sizə ipucu da verə bilərəm. Məsələn,onların bizim qadın və uşaqlarımıza etdiklərini biz sadəcə əsgərlərinə edirdik.Qulaqlarını da kəsmişik, gözlərini də oymuşuq, erməni kəlləsindən top-top daoynamışıq. Lazım gəlsə əlimizə bir dırmıx çubuğu alıb… onu da eləmişik…

Amma bu günahsız qadınların,uşaqların, fəqir kəndçilərin, çobanların, nə günahı vardı.?.. Hələ bu əsirqadının… İstər erməni olsun istər türk. uşağa, anaya zülm verən elə ermənidir.

Yadımdan çıxdı deyim ki, onun heçvalideynləri də yoxdur. Naməlum məkanda tapıblar ƏSİR QADINI. Körpə, bələkdəolan xəbərsiz idi ki, ailəsi qan düşmənçiliyinin qurbanı olub. Qayğıdan uzaqböyüyüb, kimlərinsə əlində, çox ailələrin övladı olub. Zəifdir, qorxaqdır,tələtümlüdür, amma yaradıcıdır, zəkalıdır, ağıllıdır ƏSİR QADIN.

ƏSİR QADIN, aylar sonra əsirlikdəbaşına gərtirilən olaylar və gördüklərindən sonra qərara aldı ki, özünüöldürsün. Özünə qsəd eləsin. Yanında silah var, o artıq bir ermənini dəöldürüb. Bəli, düz eşitdiniz, ƏSİR QADIN bunu bacarıb. İndi əli-qolu da bağlıdeyil, o artıq düşünür ki, bir də kəpək yeməyəcək, əmindir ki, bir daha donuztövləsində yaşamayacaq. Bilir ki, bunlar onun qismətidir, qəbul edir bütünolanları. Allahı indi düşünməyə macal tapıb. Yoxsa nə tanrı, nə hava nə su nətəbiət. Tövlədə donuzlara, quşlara, bir də əsir həmdərdlilərinə yoldaş oldu.Çooox ağrılar çəkdi, amma indi ölmək biraz ona çətin gəlir, əslində vaxtında buimkan əlinə düşsəydi artıq o dünyaya qovuşmuşdu. Lakin yeni dünyaya qədəmqoyacağını düşünən əsir qadın üçün oraya adaptasiya olmaq da bir o qədər çətingörünür. Əlinə qələmi götürüb yazır, mənim yazdıqlarım onun düşündükləridirancaq düşündüklərini yazmır. Lakin biz eyni anda yazırıq. Onun son cümləsiniünvansız məktubda görmək üçün və sizə göstərmək üçün mütləq sürətiartırmalıyam.

İlkin adlı cavan oğlanın mərdliyiniyadına salır deyəsən. Dayan!.. Həə elədir, İlkinin cibində balaca əldəqayırmaAzərbaycan bayrağı vardı, ermənilər onu cibindən alıb üzərini buladılar sonraisə həmin cavana yedirtmək istədilər, bacarmadılar, İlkin işgəncə iləöldürüldü. Rasim dayı… Mərd adam idi, o da öldü.

Onun sadiq həyat yoldaşı elə bilallah üzünə baxdı, ermənilərin içib boşaltdığı Ağdam çaxırının şüşəsi ilədamarını kəsib qan itkisindən öldü..

Və bir çox hadisələr…

Əsir qadın gizləndiyi sökülmüş evinkənarından uzaqda heyvan əvəzi işlədilən həmkəndlilərinə tamaşa edir. Sonrabaşını aşağı salıb ünvansız məktubunu cızma qaralayır. Hərdən dönüb arxasındakıerməni nəşini seyr eliyir. "Adı deyəsən Vazgen idi” – düşünür. İndi Qarabağdanəsər əlamət qalmayıb deyəsən, mənə yazılan düşüncələr bunu deyir, bir də deyirki, baxmağın nə faydası, lalələr düzüb 80-lərdəki kimi, çəmənliklər xalı olduyerdə, dağın döşünə baxsan bura cənnətdir deyəcəkdim amma ƏSİR QADIN bunu belədüşünmür, buralar zəhərlənib. Zəhərlənmiş ruhlar var burda, biri eləarxamdadır”. Məni bura pis məqsədlə gətirən Vazgenin iyrənc bədəninə toxunmaqistəmirdim, ağlımdan onu öldürmək gəlirdi, heç olmasa öldürə bilməsəm də imkantapıb çiynindəki silahla ilk güllədə özümü yarasız hala gərtirim. Bu yaratıqlarüçün onsuzda fərqi yoxdur, arzuları nakam qalsa da bildiklərini edəcəklər. Nəmeyit, nə diri onların vecinə deyil. Amma heç olmasa ruhum rahatlıq tapsın”.Qarabağın qan qoxulu havasını içinə çəkə çəkə Vazgenin qeyd dəftərini cibindəngötürüb və yazmağa imkan tapıb. Ölmədən əvvəl bir qeydim olsun deyirdüşüncələri.

"İşdi şaiyət bu məktubum ünvanınıtapar onda gərək sonuncu dəfə yaradıcılığımı bu məktubda qoyum və gedim…”

Rüfət Soltan