Azərbaycanda tibbi kimya elm sahəsinə həsr olunmuş ilk monoqrafiya
Azərbaycan Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzinin və Elm və Təhsil Nazirliyinin Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun əməkdaşları Xudayar Həsənov, Orxan İsayev, Əsmət Əzizova, Nərminə Abdullayeva və Şimid Qasımovun birgə apardıqları elmi tədqiqat işlərinin nəticələri rus dilində tərtib edilmış “Биокоординационные соединения платины (II) и палладия (II) в медицинской химии” (“Platin (II) və palladiumun (II) biokoordinasion birləşmələri tibbi kimyada”) adlı monoqrafiyada öz əksini tapmışdır.
Yeni çap olunan monoqrafiya Azərbaycanda tibbi kimya elm sahəsinə həsr olunmuş ilk monoqrafiyadır. Monoqrafiya metal tərkibli bioloji fəal maddələrin alınması, fiziki-kimyəvi və tibbi tədqiqinə həsr olunmuşdur. Aparılan ilkin tibbi tədqiqatların nəticələri göstərir ki, alınan maddələr geniş tədqiqat işləri aparıldıqdan sonra gələcəkdə yaman şişlər və iltihab əleyhinə, radioprotector və antioksidant kimi istifadə oluna bilər.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın akademiki Əjdər Məcidov, rəyçilər AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Azərbaycan Tibb Universitetinin əzcaçılığın toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev və biokimya kafedrasının dosenti Arzu Dadaşovadır.
Azərbaycan elminin inkişafında və beynəlxalq elm aləminə tanıdılmasında böyük rolu olacaq monoqrafiyanın hazırlanmasında əməyi keçən müəlliflərə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Digər Xəbərlər
12 Oktyabr 2026 14:21
Əli Bağışın “Dörd tabut” hekayəsi 13 dildə çap olundu – FOTO
12 Oktyabr 2026 12:04
ƏDALƏT – ƏXLAQIN ƏN ALİ PİLLƏSİDİR
10 Oktyabr 2026 17:40
"Məndən ötdü...": tarix poetik şedevrin aynasında
10 Oktyabr 2026 13:00
“Gəlin, ayağımızın altında yatın, baxaq görək, divarın o üzündə nə baş verir?”
10 Oktyabr 2026 12:42
“Şeytana daş atanlar” türk dilində
09 Oktyabr 2026 17:06
“Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirildi
09 Oktyabr 2026 10:17
“Hansı qurum şəhərdə başörtüsündə gəzən xanımlara güldən ağır söz deyir?”
08 Oktyabr 2026 20:06


Bakı -°C

