Türkiyədə klub prezidenti güllələndi - VİDEO

Türkiyədə Alemdağ İdman Klubunun prezidenti Tuncay Meriç İstanbulun Çekmeköy rayonundakı kafelərdən birində güllələnib.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti yemək yediyi zaman naməlum şəxs ona yaxınlaşaraq atəş açıb. Başından güllə yarası alan Meriç xəstəxanaya aparılsa da, dünyasını dəyişib.
Polis qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb. Hücum anı təhlükəsizlik kamerasına düşüb.
Digər Xəbərlər

Trampı Kiyevdəki Aİ missiyasının binasının zədələnməsi barədə məlumatlandırıb

Rusiya Kiyevdə “Azadlıq Radiosu”nun binasını vurdu

NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
