Türkiyə və Ukrayna prezidentlərinin telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, Ukrayna ilə Rusiya arasında sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini, Türkiyənin müharibəni davamlı sülhlə bitirmək üçün səylərini davam etdirdiyini, Türkiyənin sülhün bərqərar olması ilə yanaşı, Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini bildirib.
Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların gücləndirilməsi və davam etdirilməsinin vacibliyini, Türkiyənin sülhə zəmin yaradacaq yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Prezident Ərdoğan Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Digər Xəbərlər

Türkiyədə klub prezidenti güllələndi - VİDEO

Trampı Kiyevdəki Aİ missiyasının binasının zədələnməsi barədə məlumatlandırıb

Rusiya Kiyevdə “Azadlıq Radiosu”nun binasını vurdu
