Rusiya maye qazı ilk dəfə Çinə çatdırılıb

ABŞ sanksiyaları altındakı Rusiya ixrac müəssisəsindən mayeləşdirilmiş təbii qazı daşıyan tanker ilk dəfə Çinə məxsus dəniz terminalına yanaşıb.
Adalet.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Bu, Moskvadan Asiyaya yanacaq tədarüklərini genişləndirmək istiqamətində Rusiyanın növbəti addımdır.
“Arktik Mulan” adlı gəmi Rusiyanın şimalındakı “qara siyahı”ya salınmış Arctic LNG 2 zavodundan yanacağı Çinə daşıyaraq bu gün Beihai LNG terminalına yanaşıb.
Digər Xəbərlər

Türkiyədə klub prezidenti güllələndi - VİDEO

Trampı Kiyevdəki Aİ missiyasının binasının zədələnməsi barədə məlumatlandırıb

Rusiya Kiyevdə “Azadlıq Radiosu”nun binasını vurdu
