28 Avqust 2025 15:21
139
DÜNYA

Paşinyan Netanyahunun "erməni soyqırımı"nı tanımasına etiraz etdi

"Netanyahunun bəyanatının nə Ermənistan Respublikasının, nə də erməni xalqının maraqları ilə heç bir əlaqəsi olmadığı açıq-aydın görünür". 

Adalet.az xəbər verir ki, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan deyib.

"Və ümumiyyətlə, başa düşməliyik ki, bununla biz erməni soyqırımının tanınması və ya tanınmamasının başqalarının əlində geosiyasi sikkə olmasını istəyirik. Bunun dövlətimizin və xalqın maraqları ilə heç bir əlaqəsi yoxdur", - Paşinyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Netanyahu "erməni soyqırımı"nı tanıdığını açıqlamışdı.