Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşdü - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınlardan ibarət “Yüksekovaspor” komandasını qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə bu komandada çıxış edən Azərbaycan millisinin futbolçuları Vüsalə Seyfəddinova, Vüsalə Hacıyeva, Jalə Məhsimova və Aytac Şərifova da iştirak ediblər.
Kluba yeni transfer olunan Sevinc Cəfərzadə isə heyətə gec qoşulduğu üçün görüşə qatıla bilməyib.
Qeyd edək ki, “Yüksekovaspor” ötən mövsüm 1-ci liqanın qalibi kimi Superliqaya yüksəlib.
Digər Xəbərlər

“Beşiktaş” futbolçusunu bu kluba icarəyə verdi

UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirdi

"Qarabağ"ın qələbəsi özünə və 11 klubumuza bu qədər sərvət qazandırdı

NƏRİMAN AXUNDZADƏ HİKMƏT MİRZƏYEVİN DÖYÜŞÇÜSÜNƏ ÇEVRİLMİŞDİ

Aqil Abbas "Qarabağ"ın qələbəsindən DANIŞDI: "Qurban kəsdirdim...”

Qələbəmizin şah damarı – QARABAĞ! - Orxan Aslan yazır

"Araz-Naxçıvan" Çempionlar Liqasında növbəti matçını keçirəcək
