Türkiyə-İsrail gərginliyi:Netanyahu "erməni soyqırımını" tanıdı
jpg-1756278181.jpg)
Hazırda ermənilər uzun illərdir nail ola bilmədikləri bir "qələbə"nin sevincini yaşayırlar.
Adalet.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq Osmanlı İmperiyasının 20-ci əsrin əvvəllərində "ermənilər, assuriyalılar və yunanlara qarşı törətdiyi soyqırımı" tanıdığını bildirib.Bütün erməni mediası bu məlumatı tirajlamaqla məşğuldur.
"Niyə heç bir İsrail baş nazirinin 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasının törətdiyi soyqırımı tanımır "sualına Netanyahu belə cavab verib: "Mən bunu indicə tanıdım.
Yenidən baş nazirdən:" İsrailin niyə indiyə qədər "erməni soyqırımı"nı tanımayıb" soruşduqda Netanyahu belə cavab verib: "Məncə, tanıyıblar. Düşünürəm ki, Knesset bununla bağlı qətnamə qəbul edib".
Xatırladaq ki, ötən ilin ilk ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə İsrailin Qəzza zolağında “soyqırım” törətdiyini sübut edən materialları toplayıb Cənubi Afrikaya ötürüb.O, həmçinin əmin edib ki, Ankara İsrailə qarşı əlində olan bütün ittihamedici materialları verməyə davam edəcək. Türkiyə prezidenti əlavə edib: “İsrailin soyqırımda günahkar bilinəcəyinə inanıram”.
İsrailin xarici işlər naziri İsrael Katz Ərdoğana cavab verdi. O, X hesabında yazdı ki, biz erməni soyqırımını unutmamışıq: “Erməni xalqına qarşı soyqırım törədən və dünyanın susacağını düşünən Türkiyə prezidenti bu gün İsraili soyqırımda ittiham etməyə kömək edə biləcək materialları Haaqa məhkəməsinə çatdırdığı üçün fəxr edir. Sizi eşitdik. Biz nə erməni xalqının soyqırımını, nə də kürdlərə qarşı qırğını unutmamışıq. İnsanları öldürdünüz. Biz sizin barbar dostlarınıza qarşı özümüzü müdafiə edirik”.
İsrail Katz 2018-ci ildə İsrailin Kəşfiyyat naziri işləyərkən də Türkiyəni hədələmişdi. O bildirmişdi ki, erməni soyqırımını tanımamaq üçün əxlaqi və tarixi baxımdan bir səbəbimiz yoxdur:"“Ərdoğan gərginliyi artırmağa çalışır. O, Müsəlman Qardaşlarının üzvüdür və İsrailin ideoloji düşmənidir”.
Əntiqə Rəşid
Digər Xəbərlər

İsraillə qarşıdurmaya hazırıq - İran

Zelenski-Putin danışıqları Türkiyədə baş tuta bilər

Növbəti müharibədə təmkinli olmayacağıq - Qalibaf
