26 Avqust 2025 17:36
80
DÜNYA

Növbəti müharibədə təmkinli olmayacağıq - Qalibaf

Növbəti mümkün müharibədə təmkinli olmayacağıq və əks cavab üçün yeni məkanlar və nöqtələr hədəf alınacaq.

Adalet.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf deyib.

"Düşmən hücum edərsə, müharibənin yeni ərazilərə və digər iqtisadi və siyasi arenalara yayılacağının şahidi olacayıq", - Qalibaf bildirib.